Accessibility links

İranın təhlükəsizlik qüvvələri bəhayi cütlüyün evində axtarış aparıb


Gülriz Nurani və Mehrzad Zəhrayi

İranda bəhayi icmasına basqıların artması fonunda Qəzvin şəhərində yaşayan bəhayi inancına mənsub bir cütlüyün evi kəşfiyyat qüvvələri tərəfindən təftiş edilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Gülriz Nurani və Mehrzad Zəhrayinin evində axtarış aparan məmurlar onların rəqəmsal cihazlar, bəhayi dininə aid kitablar və əsərlər, dini motivli üzük və ailə şəkilləri kimi bəzi özəl əşyalarını müsadirə ediblər.

Son bir neçə həftə ərzində İranın müxtəlif bölgələrində bəhayi icmasına mənsub təqribən 40 ailənin evində axtarış aparıldığına dair məlumat yayılıb. Hüquq müdafiəçiləri həmçinin 2 həftə əvvəl Qəzvin, Tehran və Sari kimi şəhərlərdə bir neçə bəhayi vətəndaşın nəzarət altına alındığını bildiriblər.

1979 İslam İnqilabından bəri İran Azərbaycanı və ölkənin digər bölgələrində bəhayi icmasına mənsub vətəndaşlar öz dini ayinlərini həyata keçirdikləri üçün siyasi, iqtisadi və sosial təzyiqlərə məruz qalırlar. İran İslam Respublikasının rəsmiləri və rəsmi xəbər agentlikləri bəhayi incancını “azmışların firqəsi” adlandırırlar.

Hüquq müdafiəçiləri İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan qeyri-şiə türklərin həm etnik, həm də dini ayrı-seçkiliyə məruz qaldığını bildirirlər. İslam Respublikasının təhlükəsizlik qurumları xüsusilə Şərqi və Qərbi Azərbaycan, Həmədan və Qəzvin vilayətlərində bəhayi türklərini fərdi və kollektiv şəkildə təqib edirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG