Accessibility links

Azərbaycan hərbçiləri İranda “Snayper həddi”müsabiqəsində iştirak edir


Azərbaycan hərbi qulluqçuları İranda səfərdədirlər
Azərbaycan hərbi qulluqçuları İranda səfərdədirlər

Azərbaycan Ordusunun hərbi qulluqçuları “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak etmək məqsədi ilə İranın Yəzd şəhərində səfərdədirlər.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə,müsabiqədə iştirak edən komandaların nümayəndələri ərazi ilə tanış olub, hərbi qulluqçularla təlimat keçirilib.

Şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah edilib.

“Snayper həddi" müsabiqəsində Azərbaycandan başqa Belarus, Çin, İran, Özbəkistan, Rusiya və Zimbabveni təmsil edən komandalar da iştirak edəcəklər.

XS
SM
MD
LG