Accessibility links

Urmiyədə bir uşağa türk adına görə şəxsiyyət vəsiqəsi verilmədiyi bildirilir


İran İslam Respublikasının Qeydiyyat İdarəsi
İran İslam Respublikasının Qeydiyyat İdarəsi

İran Azərbaycanında ailələr tərəfindən övladlarına türk adlarının seçilməsi və İran Qeydiyyatı İdarəsinin bu cür adlara qarşı çıxmasına dair oxşar xəbərlər verilməyə davam edir.

İnsan Haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu məsələni insan hüquqlarının pozulması adlandıraraq xəbər verib ki, Urmiyə Qeydiyyat İdarəsi Urmiyə sakini olan ailənin övladına Atahan adı ilə şəxsiyyət vəsiqəsi verməkdən imtina edib. İdarənin məmurları həmin uşağın valideynlərinə övladları üçün başqa ad seçməli olduqlarını bildirsə də, onlar seçdikləri adda israr ediblər.

İranda siyasi fəallar illərdir ki, İran İslam Respublikasının vətəndaşların şəxsi və ailə işlərinə müdaxilə ilə bağlı siyasətini tənqid edirlər. Geyim növünə, yemək və içki növünə müdaxilə, qadınların velosiped sürməsinə və bu kimi qadağalara əlavə olaraq, valideynlərin uşaqlarına ad qoymalarına məhdudiyyətlər İslam Respublikasının vətəndaşlarının şəxsi işlərinə tətbiq etdiyi məhdudiyyətlər arasındadır.

İran İslam Respublikasının Qeydiyyat İdarəsi müəyyən bir ideologiyaya əsaslanaraq, adlar üçün etnik və dini baxımdan məhdudiyyətlər tətbiq edib və valideynlərin təsdiqlənmiş adlardan birini seçməsi üçün icazəli adlar siyahısını nəşr edib. Qeydiyyatı İdarəsi həmçinin bəzi türk adlarının yazılış və orfoqrafiyasına məhdudiyyətlər qoyur. Buna görə də türkcə yazılışı fərqli olan adların türk orfoqrafiyası ilə yazılmasını istəyən ailələrin tələbinə qarşı çıxılır.

Amerikanın Səsinin əldə etdiyi bəzi məlumatlara görə, İran Azərbaycanı şəhərlərində Qeydiyyat idarəsinin məmurları ailələrə türkcə adların yerinə digər əcnəbi adları da təklif edirlər.

See also: https://www.amerikaninsesi.org/a/6568319.html

Hazırda İranda bir çox azərbaycanlı uşaq adlarının Qeydiyyat İdarəsi tərəfindən təsdiqlənməsini gözləyir. Bu uşaqların bəzisi hətta artıq məktəbə qəbul yaşına çatıb. Bəzi hallarda bəzi məhkəmələr ailələrin şikayətlərini təmin edərək, ailənin lehinə hökm çıxarır və beləliklə onlar məhkəmənin hökmü əsasında övladlarına tələb etdikləri adla şəxsiyyət vəsiqəsi ala bilirlər.

Qadın və Ailə məsələləri üzrə vitse-prezident Ənisə Xəzəli İRNA agentliyinə verdiyi müsahibədə bir neçə il öncəyə aid olan statistikaya istinadən, ölkə üzrə bütünlüklə bir milyon şəxsiyyət vəsiqəsi olmayan insanın olduğunu və onların təxminən 400 mininin uşaq olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG