Accessibility links

Almaniyadan Azərbaycana gələn şəxs həbs edilib, ailəsi Facebook postunun əsas gətirildiyini deyir


Almaniyadan xəstə atasını ziyarət etməyə gələn Anar Əliyev adlı şəxs həbs olunub.

Bu barədə onun həyat yoldaşı Anarə Əliyeva məlumat verib.

Onun bildirib ki, bu ilin iyulun 8-də Almaniyadan Bakıya gəliblər, avqustun 4-də geri dönmək fikirləri olub.

O deyib ki, iyulun 25-də səhər tezdən polis əməkdaşı Bakıdakı evlərinə gəlib:

"O, Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsindən gəldiyini, Anar Əliyevin adına saxta xarici pasport aşkarlandığını dedi. Dedi ki, buna görə Anar rəisə xarici pasportunu göstərməlidir. Həmin şəxs əlavə etdi ki, bununla Anar saxta sənədlərlə və onu düzəldənlərlə heç bir əlaqəsi olmadığını təsdiq etmiş olacaq."

Onun sözlərinə görə, gələn şəxs Anar Əliyevin 15 dəqiqəyə qayıdacağını söyləyib:

"Heç yemək yeməyə imkan vermədi…Yarım saat keçdi, Anar gəlmədi, telefona cavab vermədi, yaşlı, xəstə atası durub bölməyə getdi. Orada Anarın atasına bildiriblər ki, Anar Facebook-da yazdığı statuslara görə bölməyə gətirilib".

Anar Əliyevin həyat yoldaşı bildirib ki, iki saat sonra bir daha yoldaşının arxasınca bölməyə gedib: "Bu dəfə dedilər ki, Anarın cibindən külli miqdarda narkotik çıxıb… Bu, necə ola bilər? Həmin şalvarı ona əlimlə vermişəm, cibində heç nə yox idi".

Onun sözlərinə görə, gələn şəxs Anar Əliyevin 15 dəqiqəyə qayıdacağını söyləyib:"Yarım saat keçdi, Anar gəlmədi, telefona cavab vermədi, yaşlı, xəstə atası durub bölməyə getdi. Orada Anarın atasına bildiriblər ki, Anar Facebook-da yazdığı statuslara görə bölməyə gətirilib".

Anarə Əliyeva qeyd edib ki, iki saat sonra bir daha yoldaşının arxasınca bölməyə gedib: "Bu dəfə dedilər ki, Anarın cibindən külli miqdarda narkotik çıxıb… Bu, necə ola bilər? Həmin şalvarı ona əlimlə vermişəm, cibində heç nə yox idi".

Əliyeva həmçinin bildirib ki, onun da ölkədən çıxışına məhdudiyyət qoyulub.

O bildirib ki, ailəlikcə Almaniyaya 2016-cı ildə köçüblər:

"Biz siyasi oturum, yəni yaşayış izni almamışıq. Mən, həyat yoldaşım işlədiyimizə və peşə təhsili aldığımıza görə iş oturumu almışıq. Düzdür, yoldaşım bir müddət orada siyasi fəaliyyətlə məşğul olub, aksiyalarda iştirak edib, amma təhqirə yol verməyib, normal şəkildə etirazını bildirib. Bununla belə, o, hakimiyyətin qara siyahısına düşərək şərlənib və həbs edilib".

Vəkil Elçin Sadıqov da Amerikanın səsinə bildirib ki, Anar Əliyev barəsində Cinayət Məcəlləsinin 234.4.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələri,... hazırlama,... göndərmə və ya satma) və 234.4.3 ( küllü miqdarda) maddələri ilə cinayət işi qaldırılıb. Onun sözlərinə görə hələlik müdafiə etdiyi şəxslə görüşə bilməyib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə "Turan"a bildirib ki, Əliyevanın iddiaları şəxsi mülahizələrə əsaslanıb və həqiqəti əks etdirmir: "Anar Əliyev konkret cinayət əməlində şübhəli bilindiyi üçün istintaqa cəlb olunub. Onun əməli ilə bağlı istintaq davam etdirilir".

Ombudsman Aparatından isə, hələlik, münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG