Accessibility links

Siyasi fəal Məhəmməd Eyni həbs cəzasını elektron qandalla tamamlayacaq


Məhəmməd Eyni

Keçən yanvar ayından bəri İranın Rəşt şəhərində həbsdə olan siyasi fəal Məhəmməd Eyni ayağında elektron qandalla avqust ayının 14-də həbsxanadan buraxılıb.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, milli fəal 2 il 7 aylıq həbs cəzasının qalan hissəsini müəyyən edilmiş bölgənin xaricinə çıxmamaq şərti ilə həbsxanadan kənarda keçirəcək.

Məhəmməd Eyni keçən yanvar ayının 23-də Gilan vilayətinin İctimai Təhlükəsizlik və Kəşfiyyat Polisinə çağırıldıqdan sonra saxlanılmışdı. O, təqribən 45 gün həmin qurumun həbsxanasında sorğu-sual edildikdən sonra vilayətin mərkəzi Rəşt şəhərinin həbsxanasına köçürülmüşdü.

Eyni göstərdiyi fəaliyyətlər səbəbilə daha əvvəl də həbs və mühakiməyə məruz qalıb.

O, 2020-ci ilin oktyabr ayında Qarabağ müharibəsi zamanı İran Azərbaycanında təşkil olunan aksiyalarla əlaqədar nəzarət altına alınıb və bir müddət sonra mülki zəmanət qarşılığında sərbəst buraxılmışdı.

Siyasi fəal daha sonra İnqilab Məhkəməsində “İslam Respublikası nizamına qarşı təbliğat” və “milli təhlükəsizliyi pozmaq yönündə fəaliyyət yürütmək” ittiham ilə mühakimə edilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Rusiya məktəbində 11-i uşaq olmaqla, 15 nəfər qətlə yetirilib
please wait

No media source currently available

0:00 0:13:09 0:00
XS
SM
MD
LG