Accessibility links

Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi iki dəfəyədək azalıb


Azərbaycan prezidenti İlham Əliyevin Ukrayna prezidenti Volodimir Zelenski ilə mətbuat konfransı. Kyiv, 14 yanvar, 2022
Azərbaycan prezidenti İlham Əliyevin Ukrayna prezidenti Volodimir Zelenski ilə mətbuat konfransı. Kyiv, 14 yanvar, 2022

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 476,5 milyon dollar olub. Bu ötən ilki ticarət dövriyyəsindən iki dəfəyədək azdır.

Azərbaycan Dövlət Sataistika Komitəsinin məlumatına görə, bu ilin yeddi ayında Ukrayna ilə ticarət əlaqəsi Azərbaycanın xarici ticarət dövriyyəsinin 1,7 faizini təşkil edib.

Həmin dövrdə Azərbaycan bu ölkədən 148 milyon 236 min dollarlıq məhsul idxal edib. Azərbaycanın Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 328 milyon 268 min dollar olub.

Xatırladaq ki, ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar təşkil edib.

Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.

Bu ilin fevral ayında Rusiyanın hərbi müdaxiləsi Ukraynanın iqtisadiyyatına və ticarət münasibətlərinə ciddi zərbə vurub.

XS
SM
MD
LG