Accessibility links

Anar Nemətpur şəxsiyyət vəsiqəsi olmadığı üçün təhsildən məhrum edilib


Anar Nemətpur
Anar Nemətpur

İranda yaşayan yeddi yaşlı türk uşağa adı türk olduğu və ona İran Qeydiyyat idarəsi tərəfindən şəxsiyyət vəsiqəsi verilmədiyi üçün bu il təhsil ala bilməyib.

Amerikanın Səsinə Anarın qohumlarından birinin verdiyi məlumata görə, o, məktəb yaşına çatıb və 7 yaşı var, Tehran Qeydiyyat İdarəsinin Anar adına şəxsiyyət vəsiqəsi vermədiyi səbəbindən məktəb müdirləri onu qeydiyyata almaqdan imtina edib.

Anar Nemətpur 2015-ci ilin yanvarında Tehranda kəleybər şəhərindən olan azərbaycanlı ailədə anadan olub. Atasının Tehranın Qeydiyyat İdarəsinə övladına Anar adı ilə şəxsiyyət vəsiqəsi almaq üçün müraciətləri nəticəsiz qalıb. Anarın valideynlərinin Kəleybər və Təbriz şəhərlərinin Qeydiyyat İdarələrinə müraciət etmələrinə baxmayaraq, onların övladı üçün şəxsiyyət vəsiqəsi almaq istəyi baş tutmayıb.

Keçən may ayında İbrahim Rəşidi (Savalan) Facebook səhifəsində Anarın vəziyyətini açıqlayaraq, məktəblərin açılışına bir neçə ay qalmış şəxsiyyət vəsiqəsi verilməsə, bu uşağın təhsildən məhrum qalacağı ehtimalı barədə məlumat vermişdi.

Hazırda təhsil ilinin başlanması və məktəbə qeydiyyat müddətinin sona çatması yaxınlaşdığı bir zamanda Anarın yaxınları onun bu il təhsildən məhrum edildiyini bildirir.

Anarın atası İlyas Nemətpur Qeydiyyat İdarəsinə dəfələrlə etdiyi müraciətlərində idarənin rəhbərliyinə qarşı həmin idarənin övladının adına qərar verməsini və övladının ad seçiminə müdaxiləsini tənqid edib.

Şəxsiyyət vəsiqəsi və təhsil almaq hüququ 1989-cu ildə təsdiq edilmiş Uşaq Hüquqları Konvensiyasında qeyd olunan uşaqların hüquqları sırasındadır. Bu konvensiyanın 28-ci maddəsində uşağın təhsil hüququ vurğulanır.

İranda bir tərəfdən valideynlərin övladlarına türk adları vermək istəyinin artması, digər tərəfdən də DİN-ə bağlı olan İran Qeydiyyat İdarəsi bu adlara qarşı çıxması bu ölkədə bir çox uşağın aylarla və illərlə şəxsiyyət vəsiqəsi olmadığı üçün vətəndaş hüququndan məhrum şəkildə yaşamasına səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG