Accessibility links

Medianın İnkişafı Agentliyi media qurumlarına müraciət edib: "Belə hallar təkrarlanarsa..."


Jurnalistlər "Media haqqında" qanun layihəsinə etiraz olaraq aksiya keçirib
Jurnalistlər "Media haqqında" qanun layihəsinə etiraz olaraq aksiya keçirib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektlərini qanun və peşə etikasını pozmamağa çağırıb. Bu barədə agentliyin müraciətində deyilir.

Məlumatda qeyd edilir ki, aparılan təhlillər göstərir ki, bəzi media subyektləri öz fəaliyyətlərində jurnalistikanın əsas norma və prinsiplərini pozmaqla, materialların hazırlanmasında birtərəfliliyə yol verməklə, qarşı tərəf və ya tərəflərin mövqeyini öyrənməməklə, həmçinin aldadıcı başlıqlardan istifadə etməklə “Media haqqında” qanunun və “Redaksiya siyasəti və peşə etikası” qaydalarının tələblərini pozur.

Agentlik media subyektlərini belə hallara yol verməməyə, fəaliyyətlərində “Media haqqında” Azərbaycan Respublikasının Qanununa və “Redaksiya siyasəti və peşə etikası” qaydalarına riayət etməyə çağırır:

“Belə hallar təkrarlanarsa, pozuntuya yol vermiş media subyektlərinə rəsmi xəbərdarlıq ediləcək və xəbərdarlıqlar Agentliyin rəsmi informasiya resurslarında yerləşdiriləcək. Xəbərdarlığa əməl edilməyəcəyi təqdirdə isə qanunvericiliyə uyğun olaraq, növbəti tədbirlərin görülməsi təmin olunacaq”deyə məlumatda deyilir.

Öz növbəsində media hüquqları üzrə ekspert Xalid Ağaliyev Amerikanın Səsinə hesab edir ki, dövlət qurumlarının məsələyə müdaxiləsi bəzən senzura anlamı daşımağa başlayır ki, bu da yolverilməzdir:

“Ümumilikdə dövlət qurumlarının mediaya, jurnalistləri yol göstərməsi, nəyi necə yazmağı öyrətməsi xoşagələn hal deyil. Konkret olaraq, agentliyin jurnalistlərə, mediaya yönəlik açıqlamalarına gəldikdə, qanun onlara belə səlahiyyət verib, ancaq həmin qanun media azadlığı ilə bağlı prinsipial ölçülərə qətiyyən uyğun deyil. Bunu Avropa Şurasının Venesiya Komissiyası da bu yaxınlarda vurğulamışdı."

Ekspert deyir ki, son açıqlama anlaşılmaz məzmunludur, media, jurnalistlərə barmaq silkələməkdən, onları qorxutmaqdan başqa bir şey deyil:

"Mətnin içində gərəkli olan heç nə yoxdur, deyirlər ki, jurnalistikanın norma və prinsipləri pozulur, birtərəfliliyə yol verilir, qarşı tərəflərin mövqeyi öyrənilmir və sair. Ancaq bircə nümunə belə yoxdur, kim prinsipləri pozur, birtərəfliliyə yol verib? Medianın məzmununa yönəlik hər hansı açıqlamanı mütləq faktlar müşayət etməlidir. Etmirsə, deməli, məqsəd göz qorxutmaq, jurnalistləri basqı altına almaqdır.”

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG