Accessibility links

Milli fəal Yaşar Piri çağırılaraq həbs edilib


Yaşar Piri
Yaşar Piri

Təbrizdə yaşayan azərbaycanlı milli fəal cənab Yaşar Piri Təbriz Kəşfiyyat İdarəsinə çağırıldıqdan sonra həbs edilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumatına görə, Yaşar Piri avqustun 17-də təhlükəsizlik qüvvələrinin telefon çağırışı əsasında kəşfiyyat şöbəsinə getdikdən sonra həbs edilirik, Təbriz Həbsxanasına köçürülüb.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin sosial mediada yayımladığı məlumata görə, Yaşar Piri iki gün həmin həbsxanaının karantin palatasında saxlandıqdan sonra avqust ayının 19-da həbsxanasının 12 saylı palatasına köçürülüb. Milli fəal Yaşar Pirinin müvəqqəti olaraq sərbəst buraxılması üçün məhkəmə 200 milyon tümənlik zəmanət tələb edib. Hazırda Təbriz Həbsxanasının 12 saylı palatasında digər milli fəallar Əkbər Əbulzadə və Ruzbeh Piri həbs çəkir.

Milli fəalın həbs edilməsinin səbəbi və ona qarşı irəli sürülən ittihamlar haqqında hələ ki, məlumat yayılmayıb.

Bundan əvvəl cənab Yaşar Piri keçən il Beynəlxalq Ana Dili Günü ilə eyni vaxtda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi və saxlandığı müddətdə işgəncələrə və fiziki zorakılığa məruz qalmışdı. Belə ki, müvəqqəti buraxıldıqdan sonra xəstəxanaya yerləşdirilib. Demək olar ki, iki həftə müalicə olundu.

Onun qardaşı cənab Rouzbe Piri Kəşfiyyat İdarəsinin təcridxanasında qardaşlarının işgəncələrə məruz qalması xəbərini dərc etdiyi üçün "rejim əleyhinə təbliğat aparmaq məqsədilə yalan xəbər yaymaqda" ittiham edilib. Yaşarın böyük qardaşı Rouzbe Piri hazırda Təbrizin mərkəzi həbsxanasında 3 il 8 ay cəza çəkir.

Cənab Yaşar Piri dinc və sivil fəaliyyətinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG