Accessibility links

Zelenski Ukraynaya müdaxilənin altıncı ayı tamam olduğu ərəfədə Rusiyanın yeni “qəddar” hərəkətləri barədə xəbərdarlıq edib


Ukraynanın ekspertləri Xarkiv yaxınlığındakı Dokuçayevske kəndində raket zərbəsindən sonra krateri araşdırarırlar, 21 avqust, 2022.
Ukraynanın ekspertləri Xarkiv yaxınlığındakı Dokuçayevske kəndində raket zərbəsindən sonra krateri araşdırarırlar, 21 avqust, 2022.

Bu həftə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün başlamasınına altıncı ayı tamam olur.

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın müstəqilliyinin 31-ci ildönümü ərəfəsində Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporijya nüvə stansiyasının atəşə tutulduğu və Rusiya qüvvələrinin ölkənin cənub və şərqində zərbələr endirdiyi vaxt sayıqlığa çağırıb.

“Biz hamımız bilməliyik ki, Rusiya bu həftə xüsusilə zorakı, xüsusilə qəddar bir şey etməyə cəhd edə bilər,” Zelenski şənbə günü gündəlik müraciətində bildirib və ukraynalıları “məyusluq və qorxuya” təslim olmamağa çağırıb.

“Müxtəlif “məsləhətçilərin” mənə nə dediklərini və o zaman mənə nə məsləhət verdiyini xatırlayıram...Bilirəm ki, onların çoxu indi o vaxt deyilən sözlərdən utanır. ...Ukraynalılar sübut etdilər ki, xalqımız yenilməzdir, müdafiəçilərimiz yenilməzdir,” Volodimir Zelenski müraciətində deyib.

Rusiya hava hücumundan müdafiə qüvvələri şənbə günü Krımda dronun vurulduğunu bildirib. Bu, son üç həftə ərzində Qara Dəniz Donanmasının qərargahında baş verən ikinci belə hadisədir.

Krımın qubernatorunun köməkçisi Oleq Kryuçkov təfərrüatlara varmadan deyib ki, “kiçik dronların hücumları” Krımın qərbində hava hücumundan müdafiə sistemini işə salıb.

Rusiya Krımı 2014-cü ildə ilhaq edib.

Sevastopol qubernatoru Mixail Razvojayev vurulan dronun Rusiya donanmasının qərargahının damına düşdüyünü, lakin bunun itki və ya böyük dağıntıya səbəb olmadığını deyib.

Reuters agentliynin verdiyi məlumata görə, Razvojayev şənbə günü gecə Telegram kanalında yeni bəyanat yerləşdirərək, sakinlərdən bölgənin zenit sistemi və onun necə işlədiyi barədə çəkilişləri və şəkilləri yaymağı dayandırmağı xahiş edib.

Hadisə Krımda Rusiya qüvvələrinin zəifliyini vurğulayır.

Bu ayın əvvəlində Rusiya aviabazasında partlayışlar nəticəsində Rusiyanın 9 döyüş təyyarəsi məhv edilib və bu həftənin əvvəlində isə Krımda Rusiyanın sursat anbarında partlayış olub. Associated Press agentliyinin verdiyi məlumata əsasən, iyulun 31-də Qara dəniz donanmasının qərargahına dron hücumu nəticəsində 5 nəfər yaralanıb və Rusiya Hərbi Dəniz Qüvvələri Gününün qeyd olunması ilə bağlı tədbir ləğv edilib.

Reuters agentliyi Ukrayna rəsmilərinin hücumların heç birinə görə məsuliyyəti öz üzərinə götürmədiyini, lakin Zelenskinin şənbə günü gecə videomüraciətində onlara dolayısı ilə istinad etdiyi və orada Ukraynanın müstəqilliyinin qeyd edilməsinin gözlənildiyini bildirdiyi haqda məlumat verib.

Şənbə günü Rusiyanın nəzarətində olan atom elektrik stansiyasının atəşə tutulması və Ukraynanın ikinci ən böyük atom stansiyasının yaxınlığında yerləşən Voznesensk şəhərinə raket hücumu mümkün nüvə fəlakəti ilə bağlı qorxuların yenidən artmasına gətirib çıxarıb.

Ukraynanın Enerqoatom şirkətinin bəyanatında deyilir ki, Voznesenskə hücum “Rusiyanın nüvə terrorizminin növbəti aktıdır”.

Moskva və Ukrayna bir-birini Zaporijya atom elektrik stansiyasının ətrafınnda atəşə tutmaqda günahlandırmağa davam etdiyi vaxt BMT stansiyanın ətrafında silahsızlaşdırılmış zona yaratmağa çağırıb və Beynəlxalq Atom Enerjisi Agentliyinin əraziyə səfəri üçün danışıqları davam etdirib.

XS
SM
MD
LG