Accessibility links

Azərbaycanın iki hərbi qulluqçusu minaya düşüb


Arxiv Fotosu: PMN-Э-plastik gövdəli mina (Foto ANAMA - Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Facebook səhifəsindən götürülüb)
Arxiv Fotosu: PMN-Э-plastik gövdəli mina (Foto ANAMA - Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Facebook səhifəsindən götürülüb)

Azərbaycanın iki hərbi qulluqçusu Laçın rayonunda minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir ki, Müdafiə Nazirliyinin hərbi qulluqçuları - Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində bədən xəsarətləri almaları ilə bağlı araşdırma aparılır.

Bununla bağlı hələlik həmin hərbi qulluqçuların yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra azad edilən ərazilərdə 250-ə yaxın şəxs minaya düşüb. Onların 40-a yaxınının həlak olduğu bildirilir.

Bundan əlavə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 2020-ci ilin noyabrından 2022-ci ilin iyununadək ümumilikdə 33319 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.

Rəsmi məlumatlara görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2058 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi mütəxəssisləri minatəmizləmə işlərini həyata keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG