Accessibility links

Əliyev Zelenskiyə təbrik məktubu göndərib: Biz Ukrayna xalqına humanitar məsələlərdə bundan sonra da yardım göstərməyə davam edəcəyik


Ukrayna müstəqillik heykəli. Ölkə müstəqilliyinin 31-ci ilini Rusiyanın hərbi təcavüzü dövründə qeyd edir.

"Beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini rəhbər tutaraq Azərbaycan bütün dövlətlərin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Biz Ukrayna xalqına humanitar məsələlərdə bundan sonra da yardım göstərməyə davam edəcəyik".

Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin Ukraynanın Prezidenti Volodimir Zelenskiyə Ukraynanın müstəqillik günü ilə əlaqədar göndərdiyi təbrik məktubunda deyilir.

"Hörmətli cənab Prezident, Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm" məktubda qeyd edilir.

O bildirib ki, Azərbaycanla Ukrayna arasındakı ənənəvi dostluq münasibətləri, səmərəli əməkdaşlıq iki ölkə xalqının mənafeyinə uyğun olaraq bundan sonra da genişlənəcəyinə əmindir.

"Diplomatik münasibətlərimizin qurulduğu ötən otuz illik dövr ərzində qarşılıqlı faydalı əməkdaşlığımızın dinamik və ardıcıl inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur. Cari ilin yanvarında Ukraynaya etdiyim işgüzar səfəri, Sizinlə görüşümüzü və apardığımız danışıqları xoş təəssüratlarla xatırlayır, bu səfəri ölkələrimiz arasında əlaqələrin genişlənməsi baxımından əhəmiyyətli hesab edirəm" deyə məlumatda deyilir.

XS
SM
MD
LG