Accessibility links

Aleksandr Lukaşenko Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edib


Aleksandr Lukaşenko Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edib və “bugünkü ziddiyyətlərin” ukraynalılarla mehriban qonşuluq münasibətini pozmayacağını bildirib. Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat verib.

Təbrikdə “əminəm ki, bugünkü ziddiyyətlər iki ölkənin xalqları arasında çoxəsrlik səmimi və mehriban qonşuluq münasibətlərinin təməlini məhv edə bilməyəcək. Belarus bütün səviyyələrdə mehriban, qarşılıqlı hörmətə əsaslanan əlaqələri inkişaf etdirəcək” deyilib.

Lukaşenko ukraynalılara “dinc səma, tolerantlıq, cəsarət, güc və layiqli həyatın bərpasında uğurlar” arzulayıb.

Belarus ordusu rəsmi olaraq Rusiya ilə Ukrayna arasında gedən müharibədə iştirak etmir. Lakin Belarus bu münaqişədə Kremli dəstəkləyir. Lukaşenko Rusiya qoşunlarının keçidi və müvəqqəti yerləşdirilməsi üçün ərazisini təmin edib və Belarus ərazisindən Ukraynaya zərbələr endirilir.

Ukraynaya qarşı müharibədə iştirak və kütləvi repressiyalara görə ABŞ, Avropa İttifaqı və Böyük Britaniya Belarusa qarşı sanksiyalar tətbiq edib. Baş nazirin birinci müavini Nikolay Snopkovun sözlərinə görə, bu sanksiyalar Belarus iqtisadiyyatının təqribən 20%-nə təsir edib və yanvar-aprel aylarında Belarusun ÜDM-nin 2,1% azalmasına gətirib çıxarıb: "Onlara görə təkcə bu il Belarus iqtisadiyyatının 14 milyard dollar ixrac gəliri itirmək riski var."

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG