Accessibility links

Güneyli alim Hüseyn Məhəmmədzadə Sədiq vəfat edib


Hüseyn Məhəmmədzadə Sədiq
Hüseyn Məhəmmədzadə Sədiq

Hüseyn Məhəmmədzadə Sədiq avqustun 24-də bir müddət xəstəlikdən sonra Tehranda ürək tutmasından vəfat edib.

Bu azərbaycanlı şair, tədqiqatçı və yazıçının oğlu Eldar Məhəmmədzadə Sədiq atasının ölüm xəbərini yarı-rəsmi İSNA xəbər agentliyinə elan edərək, atasının bir müddət xəstəlikdən sonra Tehranın Firuzgər xəstəxanasında ürək tutmasından dünyasını dəyişdiyini bildirib.

Hüseyn Düzgün 1945-ci ilin iyulunda Təbrizin köhnə məhəllələrindən birində anadan olub və 77 yaşında Tehranda vəfat edib.

Eldar həmçin bu söhbətdə atasının sağlığında 300 kitab nəşr etdirdiyini, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Əli Pənah Vaqif, Əmir Əli Şirnəvai kimi şairlərin yaradıcılığı ilə bağlı dəyərli araşdırmalar apardığını da bildirib.

O, Əmir Əli Şirnavainin yaradıcılığı ilə bağlı dəyərli araşdırmalarına və əsərlərinin nəşrinə görə Özbəkistan Prezidentinin sərəncamı ilə dostluq ordeni ilə təltif edilmişdi.

Araşdırmaçı və yazıçının cəsədi Tehrandan Təbrizə aparılaraq dəfn ediləcəyi bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG