Accessibility links

ABŞ Qafqaz danışıqları üzrə yeni baş məsləhətçi təyin edib


Filip Riker
Filip Riker

ABŞ dövlət katibi Antoni Blinken Filip Rikeri Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçi təyin etdiyini bildirib.

"Səfir Riker bu vəzifədə ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri və bu kritik dövrdə Cenevrə Beynəlxalq Müzakirələrində ABŞ nümayəndə heyətinin aparıcı danışıqçısı kimi fəaliyyət göstərəcək," sövlət katibi qeyd edib.

Dövlət Departamentin məlumatında deyilir ki, səfir Filip Riker daha öncə ABŞ-ın Böyük Britaniyadakı səfirliyində çalışıb. 2019-cu ilin martından 2021-ci ilin avqustunadək Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisi vəzifəsini icra edib.

O həmçinin ABŞ-ın Almaniyadakı Avropa Komandanlığında komandanının siyasi müşaviri, İtaliyanın Milan şəhərində baş konsul, o cümlədən dövlət katibinin Balkanlar üzrə köməkçisinin müavini olub.

Riker 2008-2011-ci illərdə ABŞ-ın Şimali Makedoniyadakı səfiri olub.

“Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həllində Ermənistanla Azərbaycana kömək etmək öhdəliyinə sadiqdir. Səfir Riker Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla ikitərəfli əsasda işləyəcək, ATƏT-in Minsk qrupunun həmsədri olaraq Ermənistanla Azərbaycan arasında birbaşa dialoqa kömək edəcək. Səfir Rikerin indiki məqamda təyinatı ABŞ-ın Gürcüstanla bağlı Beynəlxalq Cenevrə Müzakirələrinə verdiyi əhəmiyyəti bir daha sübut edir,” Dövlət Departamentinin məlumatında deyilir.

Xatırladaq ki, bu il avqustun 3-də Dağlıq Qarabağ və ətrafdakı bir sıra ərazilərdə hərbi gərginlk yaranmışdı. Nəticədə azı bir Azərbaycan və iki erməni hərbi qulluqçusu həlak olub, daha çox sayda hərbi qulluqçular yaralanıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın mətbuat üçün yaydığı bəyanatda ABŞ-ın Qarabağ ətrafında intensiv döyüşlər, o cümlədən insan tələfatı və yaralanmaları ilə bağlı xəbərlərdən dərin narahatlığını ifadə edib.

“Biz gərginliyi azaltmaq və vəziyyəti daha da gərginləşdirməmək üçün təcili addımlar atmağa çağırırıq. Gərginliyin son vaxtlar artması münaqişə ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinin zəruriliyini vurğulayır,” bəyanatda qeyd edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG