Accessibility links

Təbrizli alim Hüseyn Məhəmmədzadə Sədiq dəfn edilib


Şair, yazıçı, tərcüməçi, türk dili və ədəbiyyatının tədqiqatçısı Hüseyn Məhəmmədzadə Sədiqin cənazəsi bu gün, avqustun 25-də Təbrizin Vadi Rəhmət məzarlığının sənətkarların bölməsində torpağa tapşırılıb.

Mərhum Prof. Dr. Məhəmmədzadə Sədiqin (Düzgün) Təbriz Mədəniyyət Kompleksində keçirilən dəfn mərasimində Azərbaycanın milli fəalları geniş şəkildə iştirak ediblər. Bu mərasimdə iştirak edənlər “Azərbaycan sənin başın sağ olsun; böyük ustad yolun davamlı olsun” şüarları səsləndirərək, tədqiqatçının cənazəsini torpağa tapşırıblar. Həmçinin sosial mediada yayımlanan videolara görə, dəfn mərasimi milli mahnılar səslənərək, böyük izdihamla müşayiət olunub.

Məhəmmədzadə Sədiq bundan əvvəl beyin fəsadının müalicəsi üçün iyunun 5-də Tehranın Şəriəti xəstəxanasına yerləşdirilib və radioterapiya müalicəsi almışdı. O, müalicə müddətindən sonra xəstəxanadan buraxıldı, lakin sonra avqustun 22-də bu türkologiya professorunun təkrar Tehran xəstəxanalarından birinə yerləşdirildiyi xəbəri yayıldı. O, bir neçə günlük xəstəxanada müalicə aldıqdan sonra avqustun 24-də vəfat edib.

O, 1945-ci ildə Təbrizin Sürxab məhəlləsində anadan olub 77 yaşında Tehranın Firuzgər xəstəxanasında avqustun 24-də beyin fəsadı xəstəliyindən dolayı vəfat edib.

Professor Düzgünün müalicəsi zamanı Özbəkistan Respublikasının Tehrandakı səfiri və mədəniyyət müşaviri ona baş çəkib, ziyarət etmişdi. Hüseyn Məhəmmədzadə Düzgün Əmir Əli Şir Nəvainin əsərlərinin İranda təshihinə və nəşrinə görə apardığı səylərə görə, Özbəkistan Prezidentindən “dostluq” ordeninə layiq görülüb.

İRNA dövlət xəbər agentliyi Düzgün haqqında yazıb ki, professor Məhəmmədzadə Sədiq Təbrizdə təhsil aldıqdan sonra ali təhsil almaq üçün Tehrana gedib orada Tehran Universitetində fars ədəbiyyatı üzrə bakalavr dərəcəsi alıb və daha sonra Türkiyəyə gedib İstanbul Universitetində türk dili və ədəbiyyatı üzrə bakalavr dərəcəsi almışdır. Düzgün təhsilini Türkiyədə davam etdirərək, 1983-cü ildə bu universitetdə fars, ərəb və türk dillərinin müqayisəli ədəbiyyatı üzrə doktorluq dərəcəsi alıb.

Professor Hüseyn Məhəmmədzadə Sədiq türk dili və ədəbiyyatı ilə bağlı müxtəlif mövzularda 300 kitab nəşr etdirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG