Accessibility links

Yaşar Piri Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti buraxılıb


Yaşar Piri

Azərbaycanlı milli fəal Yaşar Piri avqustun 24-də məhkəmə prosesi başa çatana qədər müvəqqəti olaraq zaminə buraxılıb.

Bu milli fəal Instagram səhifəsində yazıb ki, o, “məhkəmə hakimlərinə təsir göstərmək” ittihamı ilə üzləşib və hazırda 200 milyon tümənlik girovla müvəqqəti olaraq azadlığa çıxıb.

Yaşar Piri ona qarşı irəli sürülən ittihamla bağlı da yazıb ki, qardaşının məhkəmə işi ilə bağlı tanımadığı bir şəxs ilə onun fikrini almaq üçün 30 saniyəlik telefon danışığından sonra həbs edilib.

Milli fəal Yaşar Piri Təbriz Mərkəzi Həbsxanasında cəza çəkən azərbaycanlı siyasi məhbus cənab Ruzbeh Pirinin kiçik qardaşıdır.

Avqustun 17-də təhlükəsizlik qüvvələri tərəfindən çağırılaraq həbs edilən fəal, Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına aparılıb, daha sonra Təbrizin Ümumi və İnqilab Məhkəməsinin Prokurorluğunda ittiham haqda məlumatlandırılıb və ardından Təbrizin Mərkəzi Həbsxanasına köçürülmüşdü.

Yaşar Piri keçən il fevralın 21-də Beynəlxalq Ana Dili Günündə Təbrizdə həbs edilib və təhlükəsizlik qüvvələrinin təcridxanasında saxlandığı zamanı işgəncələrə məruz qalıb, belə ki, həbsxanadan müvəqqəti olaraq azad edildikdən sonra dərhal bir neçə gün xəstəxanaya yerləşdirilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG