Accessibility links

Tibbi məzuniyyəti uzadılmayan güneyli siyasi fəal Abbas Lisani həbsxanaya qayıtmalıdır


Abbas Lisani
Abbas Lisani

Abbas Lisaninin 6 aylıq tibbi məzuniyyəti Ərdəbil İnqilab Məhkəməsinin prokuroru tərəfindən uzadılmayıb və bu siyasi fəal bir neçə gün ərzində həbsxanaya qayıtmalıdır.

Ərdəbil prokuroru Abdullah Təbatəbai, milli fəal Abbas Lisaninin ailəsinə bildirib ki, cənab Lisani həbsinin qalan hissəsini çəkmək üçün şənbə günü Ərdəbil Həbsxanasına qayıtmalıdır.

Siyasi məhbus kimi tanınan Abbas Lisani avqustun 23-də məhkəmədən elektron bildiriş alıb. Həmin bildirişə görə, o, 5 gün ərzində Ərdəbil İnqilab Məhkəməsinin hökmlərin icrası şöbəsinə getməlidir. Beləliklə, Abbas Lisaninin müalicə müddətinin məhkəmə tərəfindən uzadılmadığı təsdiqlənib.

Azərbaycanlı milli fəallarla bağlı xəbərləri dərc edən “Abbas Lisani” adlı Telegram kanalı cənab Lisaninin məzuniyyət müddətinin uzadılmaması ilə bağlı yazıb ki, Ərdəbil prokuroru tibbi ekspertiza həkiminin tələbinə və rəyinə baxmayaraq hərəkət edib. “Ərdəbil prokurorunun tibbi ekspertiza komissiyasının həkimlərinin rəyini nəzərə almadan, milli fəalı həbsxanaya çağırış göstərişi, vilayətin təhlükəsizlik orqanlarının əmri ilə verildiyi mümkündür.” -deyə qeyd edilib.

Cənab Lisani tibbi məzuniyyətdə olduğu müddətdə 3 dəfə bel diskindən əməliyyat olunub. Məktubda onu müalicə edən həkimi əməliyyatdan sonra evdə 2 həftə mütləq istirahət etməyi və bel ağrıları üçün məşq etmək və ağır işlərdən uzun müddət çəkinməyi tövsiyə edib. Lakin, Ərdəbil prokuroru Abbas Lisaninin həbsxanaya geri qaytarılmasında israrlıdır.

Ərdəbilli türk fəal Abbas Lisani 2019-cu ilin yanvarında Ərdəbil Məhkəməsinə müraciət etdiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Ərdəbil həbsxanasına köçürülüb.

Milli fəal həbs edildikdən bəri onurğa və diz bölgəsindən çəkdiyi əziyyətdən əlavə ürək-damar çatışmazlığı və yüksək qan təzyiqi kimi xəstəliklərdən də əziyyət çəkdiyi bildirilir.

Abbas Lisani 2019-cu ildə ilkin məhkəmə tərəfindən “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qanunsuz qrup yaratmaq” ittihamından günahkar tanınıb 8 il həbs və 2 il sürgünə məhkum edilsə də, daha sonra Apellyasiya Məhkəməsi Lisaninin həbs hökmünü cəmi 15 ilə yüksəldib. Fəalın Apellyasiya Məhkəməsinin verdiyi hökmə şikayəti İran Ali Məhkəməsi tərəfindən təmin edilmədi.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG