Accessibility links

Zelenski: Atom stansiyası ətrafında vəziyyət təhlükəli olmaqda davam edir


Ukrayna prezidenti Volodimir Zelenski avqustun 26-da bildirib ki, Zaporojye Atom Elektrik Stansiyası ətrafında vəziyyət “çox təhlükəli” olmaqda davam edir. O, bu sözləri stansiyanın söndürülməsi və növbəti gün elektrik təchizatını bərpa etməsindən sonra deyib.

“Rusiya tərəfindən hər hansı bir addım reaktorların söndürülməsinə səbəb ola bilər və bununda yenidən stansiya fəlakətin bir addımlığında olacaq” – deyə, Zelenski gündəlik video müraciətində bildirib.

Energoatom dövlət nüvə şirkəti prezidentin çıxışından daha öncə məlumat verib ki, atom stansiyasının altı reaktorununda biri Ukraynanın elektrik şəbəkəsinə yenidən birləşdirilib. Kyivin bildirdiyinə görə, bir gün öncə - avqustun 25-i Rusiya qoşunlarının artilleriya atəşi nətincəsində zədələnmiş enerji xətti səbəbilə reaktorlar tarixlərində ilk dəfə söndürülümüşdü.

“Zaporojye Atom Elektrik Stansiyası şəbəkəyə birləşdirilib və Ukraynanın ehtiyac duyduğu enerji istehsalına davam edir” – Energoatomun bəyanatında deyilir.

Stansiya reaktorların soyudulması üçün enerjiyə ehtiyac duyur və enerji təminatı ilə bağlı hər hansı bir problem stansiyada qəzanın baş verməsi ilə nəticələnə bilər.

Zaporojye Atom Elektrik Stansiyasının söndürülməsi hələ də 1986-cı ildə baş vermiş Çernobıl qəzasını xatırlayan ölkədə yeni nüvə qəzası ilə bağlı narahatlıqları artırıb.

Rəsmilər potensial radiasiya sızması baş verəcəyi halda stansiya yaxınlığına yaşayan əhalinin istifadə edə biləcəyi yod həbləri paylayıb.

XS
SM
MD
LG