Accessibility links

Azərbaycan Pakistana 2 milyon dollar yardım ayırıb


Azərbaycan hökuməti Pakistanda çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə bu ölkələyə 2 milyon ABŞ dolları məbləğində yardım göstərəcək.

Bu barədə Azərbaycan Nazirlər Kabineti məlumat yayıb.

Son günlər Pakistanın Sindh әyalәtindә yağan leysan yağışların sәbәb olduğu daşqınlar nәticәsindә 15 nәfәr ölüb.

Rәsmi məlumatlara görə, әyalәtdә daşqınlar sәbәbindәn 26 min 600 ev dağılıb.

Pakistan xarici işlәr naziri Bilaval Butto Zerdari Birlәşmiş Millәtlәr Tәşkilatına ölkәyә yardım etmәsi ilә әlaqәdar çağırış edib.

XS
SM
MD
LG