Accessibility links

“Təbrizin sehrli nağılları” kitabının müəllifi vəfat edib


“Təbrizin sehrli nağılları” kitabı (Foto Facebrookdan götürülüb)
“Təbrizin sehrli nağılları” kitabı (Foto Facebrookdan götürülüb)

Son dövrlər siyasi, ictimai və diplomatik gündəmdə diqqət çəkən “Təbrizin sehrli nağılları” kitabının müəllifi Cəmilə Həsənzadə avqustun 27-də Bakı şəhərində vəfat edib.

Həsənzadə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq elmləri doktoru idi.

Bu il iyulun 20-də İsrailin Azərbaycandakı səfiri Corc Dik ona hədiyyə edilən “Təbrizin sehirli nağılları” kitabı barədə Twitter səhifəsində foto yaydıqdan sonra bu kitabla bağlı müzaklirələr başlayıb.

İsrail səfirinin tviti İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin ciddi reaksiyasına səbəb olub və o, İsrail səfirinin ünvanına hədələr səsləndirib.

Bu arada, Twitterdə İsrail səfirinə dəstək kampaniyası və Təbrizin tarixinə dair kitabı almaq çağırışları başlayıb.

Təbrizdə milli fəallar “Təbrizin Sehrli Nağılları” kitabının şəkillərini şəhərin müxtəlif yerlərində küçələrdə yerləşdiriblər.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə milli fəallar tərəfindən yayılan bu şəkillərin üzərində ingilis dilində “Bizi (Güney Azərbaycan) Corc Dik kimi dəstəkləyin” yazısı və türkcə “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı yer alıb.

“Təbrizin Sehrli Nağılları” kitabının afişaları Təbrizdə paylanıb
“Təbrizin Sehrli Nağılları” kitabının afişaları Təbrizdə paylanıb

“Təbrizin sehrli nağılları” kitabı Azərbaycan miniatür sənətinə həsr olunub. Kitabda Azərbaycanın tətbiqi sənətinə geniş yer verilib.

Təbriz İran Azərbaycanın tarixi mərkəzi hesab edilir, əhalisi əsasən azərbaycanlılardır. Qeyri-rəsmi, təsdiqlənməmiş məlumatlara görə, İranda on milyonlarla etnik azərbaycanlı yaşayır.

Cəmilə Həsənzadə 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-ü ildə Leninqrad Rəssamlıq Akademiyasının nəzdində İ.Repin adına İnstitutun sənətşünaslıq fakültəsini bitirib. 1973-ci ildən Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi idi, 1983-cü ildən N.Tusi adına Pedaqoji Universitetinin bədii qrafika fakültəsində, İncəsənət və Mədəniyyət Universitetində və İncəsənət gimnaziyasında dərs deyib.

1976-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvü idi.

1983-cü ildə SSRİ-ı toplularında "XVI əsr Təbriz miniatür boyakarlığı" adlı namizədlilik dissertasiyasını, 2002-ci ildə “XIII əsrin sonu-XV əsrin əvvəllərində Təbriz miniatür məktəbinin yaranması və inkişafı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.”

Həsənzadə “Müxtəsər incəsənt tarixi” (1999), “Təbriz məktəbinin XIII əsrin axırı -XV əsrin əvvəllərində yaranması və inkişafı” monoqrafiyasının (1999) və “Təbriz məktəbi müsəlman miniatür rəssamlığı kontekstində” (XIV - XVI əsrin I yarısı) (rus dilində), “Təbrizin solmaz boyaları: XIV-XVI əsr Azərbaycan miniatür boyakarlığı” kitablarının müəllifidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG