Accessibility links

Beynəlxalq nüvə agentliyinin ekspertlərinin gələn həftə Zaporijye atom elektrik stansiyasına səfəri planlaşdırılıb


New York Times qəzetinin verdiyi məlumata əsasən, Beynəlxalq Atom Enerjisi Agentliyi təşkilatın baş direktoru Rafael Qrossinin başçılığı ilə gələn həftə Zaporijya atom elektrik stansiyasına səfər etməyi planlaşdıran 13 ekspertdən ibarət qrup toplayıb.

Rusiya artilleriyası gecə saatlarında elektrik stansiyasının qarşısında çayın o biri tərəfində yerləşən Ukrayna şəhərlərini atəşə tutub. Bu barədə bazar günü yerli hakimiyyət orqanları məlumat verərək, bunun radiasiya fəlakəti qorxusunu daha da artırdığını qeyd ediblər.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Rusiya qoşunları atom elektrik stansiyasını hərbi bazaya çevirərək, bütün qitəni risk qarşısında qoyub və onların orada olmağa haqqı yoxdur.

“Rusiya hərbçiləri AES-dən çıxmalıdır”, o, Twitter səhifəsində yazıb.

Rusiya Zaporijya atom elektrik stansiyasını mart ayında ələ keçirib və Enerqoatom şirkətinin ukraynalı texniki işçilərinin orada xidmət göstərməyə davam etməsinə baxmayaraq, o vaxtdan stansiyaya nəzarət edir.

Vilayətin qubernatoru Oleksandr Starux bazar günü Telegram kanalında bildirib ki, Rusiya qoşunları Zaporijya vilayətinin atom elektrik stansiyasından təxminən iki saatlıq məsafədə yerləşən əsas şəhəri və Orexov şəhərində yaşayış binalarına zərbələr endiriblər.

Atəşlərin açılmasının ardınca iki reaktorun şəbəkəyə yenidən qoşulması üçün bir neçə saat vaxt tələb olunmasından bir gün sonra Ukrayna prezidenti Volodimir Zelenski cümə günü xəbərdarlıq edib ki, Zaporijya atom elektrik stansiyasında vəziyyət “çox riskli” olaraq qalır.

BMT Rusiya və Ukraynanı Zaporijya atom elektrik stansiyasının ətrafında silahsızlaşdırılmış zona yaratmağa çağırıb.

Ukrayna ordusunun gündəlik hesabatında deyilir ki, Ukrayna qoşunları ölkənin şərq cəbhəsində Rusiyanın Slavyansk və Baxmut şəhərlərinə doğru irəliləmək üçün son cəhdlərinin qarşısını alıb. Vilayət qubernatorlarının verdiyi məlumata görə, Donetsk vilayətinin Kramatorsk və Slovyansk şəhərləri gecə ərzində Rusiya qüvvələri tərəfindən atəşə tutulub, lakin yeni itkilər barədə məlumat yoxdur.

XS
SM
MD
LG