Azərbaycan hərbçiləri Rusiyada keçiriləcək “Vostok-2022” təlimlərində iştirak edəcək.
Rusiyanın Müdafiə Nazirliyinin məlumatında deyilir ki, “Vostok-2022” təlimlərində 50 min nəfərdən çox hərbçi iştirak edəcək.
“Təlimlərdə Kollerktiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və digər tərəfdaş dövlətlərin operativ komanda-nəzarət qrupları, hərbi kontingentləri və müşahidəçiləri iştirak edəcək. Bunlar Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Laos, Monqolustan, Nikaraqua, Suriya və Tacikistandır. “Vostok-2022”-də 5000-dən çox silah və hərbi texnika, o cümlədən 140 təyyarə, 60 döyüş gəmisi, qayıq və yardımçı gəmilər iştirak edəcək.”
Təlimlər 2022-ci il sentyabrın 1-dən 7-dək Şərq Hərbi Dairəsinin yeddi poliqonunda keçiriləcək.
Məlumatda deyilir ki, təlimlərə Rusiya Silahlı Qwvvələrinin Şərq Hərbi Dairəsinin hərbi komandanlığı, idarəetmə orqanları və qoşunları, habelə Hava-Dəniz Qüvvələrinin bir hissəsi, uzaq mənzilli və hərbi nəqliyyat aviasiyası cəlb olunacaq.
Azərbaycan Müdafiə Nazirliyi hərbçilərin təlimlərdə iştirak edib-etməyəcəyi barədə hələ məlumat yaymayıb.