Accessibility links

SOCAR-da yüksək əmək haqları və hüquq müdafiəçisinin tənqidi baxışı


Azərbaycan Dövlət Neft Şirkəti
Azərbaycan Dövlət Neft Şirkəti

Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı Facebook səhifəsində bildirib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin avqustun 19-da imzaladığı “SOCAR işçilərinə bəzi əlavə ödənişlərin təyin edilməsinin tənzimlənməsi Qaydaları”nın təsdiq və tətbiq edilməsi haqqında əmri ilə SOCAR-da (qurumlar və vəzifələr üzrə) peşəkarlığa görə aylıq əlavə ödənişin yuxarı hədləri müəyyən edilib.

Əmrə əsasən SOCAR-ın prezidentinin aylıq əmək haqqının yuxarı həddi 13.008 (7.651 dollar) manat “6.504 əsas əmək haqqı və 100% əlavə), birinci vitse-prezidentin əmək haqqının yuxarı həddi 12.360 (7.270 dollar) manat (6.180 manat əsas əmək haqqı), vitse prezidentlərin əmək haqlarının yuxarı hədləri 10 min manatdan 12 min manatadək, departament rəhbərləri və onların müavinləri 6 min manatdan 11.500 manatadək, aparıcı mütəxxəsislərin əmək haqları 3.500-dən 4.100 manatadəkdir. Baş direktorlar, onların müavinləri, baş mühəndislər və digərlərinin aylıq əmək haqları 2.500 manatdan 9.050 manatadək hesablanır.

Bununla yanaşı SOCAR strukturuna daxil olan Azərbaycan Neft Təsərrüfatı Jurnalı işçilərinin də əmək haqqına əlavələr olunub. Mövcud əmək haqqına əlavədən sonra redaktor 8.147, redaktor müavini 7.155, baş mühasib 7.155, baş mühasibin müavini 6.262 manat aylıq əmək haqqı alacaq.

Bütün bu məlumatları hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı SOCAR Prezidentinin əmrinə istinad edərək yayıb.

Öz növbəsində, SOCAR hələ bu məlumatlara şərh verməyib. SOCAR-ın mətbuat xidmətinə hüquq müdafiəçisinin yaydığı məlumatlatrın doğru olub-omaması ilə bağlı avqustun 26-da göndərilən sorğuya isə hələ cavab verilməyib.

Mirvari Qəhrəmanlı hesab edir ki, SOCAR-da yalnız yüksək vəzifəli şəxslərin əmək haqqının artırılması barədə bu qurumun prezidentinin əmri əmək qanunvericiliyinə ziddir.

“Bir daha təkrar edirəm, əmək haqqının yüksək olmasının əleyhinə deyilik. Amma sıravi, zülm ilə, həyatını təhlükəyə ataraq, risk edərək neftçıxarmada can qoymuşların əmək haqqı ilə qoy özlərinin əmək haqqını müqayisə etsinlər. Niyə fəhlə cüzi əmək haqqı almalıdır, amma kabinetdə əyləşən kimlərsə bundan 10 dəfə yüksək məvacib almalıdır,” o, Amerikanın Səsinə bildirib.

Onun fikrincə, SOCAR prezidenti əmrini dəyişdirməlidir.

“Əmr yalnız rəhbərliyə və yuxarı heyət işçilərinə deyil, fəhlə və qulluqçular, orta heyətə daxil olan işçilər də daxil olmaqla bütün işçilərə aid edilməlidir. Ayrıseçkiliyin qadağan olunması barədə Əmək Məcəlləsinin 16-cı maddəsi bunu nəzərdə tutur. Əmək Məcəlləsinin 157-ci maddəsinə uyğun olaraq əlavə ödənişlər: vəzifə və ya tutduğu peşəyə görə deyil, əmək funksiyasının yerinə yetirilmə bacarığına və peşəkarlığa görə təyin edilməlidir. Peşəkarlığa görə işçinin əmək haqqına əlavə edilməsi attestasiyanın keçirilməsi barədə Əmək Məcəlləsinin tələblərinə uyğun edilməlidir. Peşəkarlığın müəyyən edilməsi meyarları SOCAR tərəfindən əvvəlcədən hazırlanmalı və təsdiq edilməlidir. Peşəkarlığın müəyyən edilməsində ayrıseçkiliyə və sui-istifadə hallarına yol verən rəhbər işçilərin məsuliyyəti barədə əvvəlcədən qaydalar işlənib hazırlansın və təsdiq edilsin,” Qəhrəmanlı Amerikanın Səsinə deyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG