Accessibility links

Mixail Qorbaçovun siyasəti Azərbaycana necə təsir edib? 


Keçmiş SSRİ-nin prezidenti olmuş Mixail Qorbaçov avqustun 30-da 91 yaşında Moskvada vəfat edib.

Qorbaçov keçmiş SSRİ-də yenidənqurmanın müəllifi, dünyada soyuq müharibəni başa çatdıran siyasətçi kimi xarakterizə edilir. O, həm də SSRİ-nin dağılmasında əsas rolu olan siyasətçi hesab edilir.

Qorbaçovun 1985-ci ildə başladığı yenidənqurma siyasəti 1991-ci ilin dekabrında SSRİ-nin dağılması ilə nəticələnib. SSRİ-nin dağılması nəticəsində SSRİ-yə daxil olan respubliklar müstəqilliyini qazanıb.

Azərbaycan siyasətçiləri hesab edir ki, Mixail Qorbaçovun apardığı siyasət müsbət mənada Azərbaycanın müstəqilliyinin bərpa edilməsinə yol açıb. Mənfi mənada isə 20 Yanvar qırğınını və hələ də başa çatmayan Qarabağ problemini yaradıb.

İsa Qəmbər: Yenidənqurma "geopolitik zəlzələ" idi

İsa Qəmbər: Qorbaçovun yenidənqurması "geopolitik zəlzələ" idi 
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Milli Məclisin keçmiş sədri, milli azadlıq hərəkatının rəhbərlərindən olan İsa Qəmbər Amerikanın Səsinə bildirib ki, keçmiş SSRİ-də yenidənqurma Mixail Qorbaçovun təşəbbüsü ilə başlamayıb.

“SSRİ dəyişməyə məhkum idi. 80-ci illərin ortalarında SSRİ-də dəyişiklik məcburi idi. Bunu həm SSRİ-nin sosial-iqtisadi gösəriciləri, həm 1979-cu ilin dekabrında Əfqanıstana soxulandan sonra SSRİ-nin dünya miqyasında təcridi, sanksiyalara məruz qalması göstərirdi. Bunu həm 1982-ci ildə SSRİ silahaları, təyyarələri ilə təchiz olunmuş qüvvələrin Livanda Amerika təyyarələri ilə təchiz olunmuş İsrailə tam məğlub olması göstərirdi. Yəni, bu dəyişikliklər labüd idi. Bu dəyişiklikləri həyata keçirmək Qorbaçovun taleyinə yazıldı,” o qeyd edib.

İsa Qəmbərin fikrincə, SSRİ-də yenidənqurmadan böyük bir “geopolitik zəlzələ” dönəmi başlayıb.

SSRİ-nin parçalanması, Şərqi Avropa ölkələrinin azadlığa çıxması, Almaniyanın birləşməsi, bunlar o dövrün çox böyük “geopolitik zəlzələsi” idi.

“SSRİ-nin parçalanması, Şərqi Avropa ölkələrinin azadlığa çıxması, Almaniyanın birləşməsi, bunlar o dövrün çox böyük “geopolitik zəlzələsi” idi. Hər bir böyük “geopolitik zəlzələ” kimi, hər bir böyük geopolitik böhran kimi bu böhranın da böyük şansları və böyük təhlükələri olub.”

Milli Məclisin keçmiş sədri deyib ki, Azərbaycan yenidənqurmanın yaratdığı geopolitik böhrandan yararlanaraq müstəqilliyini əldə edib.

“Bu da təsadüfi deyildi. 1918-ci ildə Azərbaycan şərqin ilk demokratik respublikası kimi qurulanda, Rusiya imperiyasının zəifləməsi buna imkan verib. 1985-1991-ci illərdə gedən bu proseslərdə Moskvanın, Rusiyanın zəifləməsi Azərbaycanın müstəqilliyini bərpa etməsinə şərait yaratdı. Qorbaçov yenidənqurmasının Azərbaycana ən böyük faydası bu oldu.”

Eyni zamanda unutmaq olmaz ki, məhz Qorbaçov hakimiyyəti dönəmində xalqımıza qarşı 20 Yanvar cinayəti törədilib. O, həmin dövrün təhlükələrindən danışarkən deyib ki, bu təhlükələr Ermənistana və Azərbaycandakı erməni separatçılarına Qarabağ savaşına, təcavüzə, işğalçılığa başlamaları və separatizmə başlamaları üçün şərait yaradıb.

“Bu bəla isə hələ də tam həll olub, bitməyib. Qısaca ümumiləşdirsək Qorbaçov yenidənqurması Azərbaycanın öz müstəqilliyini bərpa etməsinə imkan verdi, eyni zamanda Ermənistan vasitəsi ilə Azərbaycana təcavüz və Qarabağın önəmli bir hissəsini işğal etmək təhlükəsi yaratdı. Bu da Qorbaçov yenidənqurmasının Azərbaycana vurduğu zərbədir. Hələ də tam şəkildə aradan qalxmayıb,” Milli Məclisin keçmiş sədri qeyd edib.

Etibar Məmmədov: 1990-cı ilin 20 yanvarında Azərbaycand baş verən hadisələrə görə Qorbaçov birbaşa məsuliyyət daşıyır

Etibar Məmmədov: 1990-cı ilin 20 yanvarında Azərbaycanda baş verən hadisələrə görə Qorbaçov birbaşa məsuliyyət daşıyır
please wait

No media source currently available

0:00 0:00:50 0:00

Milli İstiqlal Partiyasının lideri, milli azadlıq hərəkatının rəhbərlərindən olan Etibar Məmmədov hesab edir ki, Azərbaycan Qorbaçov yenidənqurmasının verdiyi nisbi sərbəstlikdən siyasi və iqtisadi sahədə istifadə edə bilib.

“Amma, 1990-cı ilin 20 yanvarında Azərbaycanda baş verən hadisələrə görə Qorbaçov birbaşa məsuliyyət daşıyır. Həmin dövrdə Qorbaçovun məsuliyyətsizliyi nəticəsində Qarabağ problem başlayıb. Bu isə Azərbaycanda milli azadlıq hərəkatının genişlənməsinə səbəb olub və nəticədə Azərbaycan müstəqilliyini elan etməyə nail olub,” Məmmədov qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG