Accessibility links

Azərbaycan Baş prokurorunun İrana səfəri zamanı axtarışda olan şəxslərin təhvil verilməsi məsələsi müzakirə edilib


Azərbaycan Baş prokuroru Kamran Əliyev İranda görüş zamanı (Foto Baş Prokurorluğundur)
Azərbaycan Baş prokuroru Kamran Əliyev İranda görüş zamanı (Foto Baş Prokurorluğundur)

Azərbaycanın Baş prokuroru Kamran Əliyev avqustun 30-da və 31-də İranda səfərdə olub. Əliyev səfəri çərçivəsində bu ölkənin hüquq mühafizə, məhkəmə orqanlarının rəhbərləri ilə görüşlər keçirib.

Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatına görə, Kamran Əliyevin avqustun 31-də İranın daxili işlər naziri Əhməd Vəhidi ilə görüşündə iki ölkənin hüquq mühafizə orqanları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd olunaraq, cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən narkotik və psixotrop maddələrin qaçaqmalçılığına qarşı mübarizə, habelə axtarışda olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması məqsədilə təhvil verilməsi, təhlükəsizlik və hüquq-mühafizə fəaliyyəti sahəsində qarşılıqlı əməkdaşlıq və digər maraq kəsb edən mövzular müzakirə edilib.

Daha sonra Baş prokuror İranın Ali İnzibati Ədalət Məhkəməsinin sədri Hekmətəli Mozəffəri ilə görüşüb.

İranın Məhkəmə və Ədliyyə Qüvvələri nəzdində Statistika və İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Kazem Fərdlə görüşdə Baş prokuror Azərbaycanda vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması, prokurorluq və məhkəmə orqanlarına müraciət imkanlarının genişləndirilməsi məqsədilə "Elektron Prokurorluq" və "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi üzrə görülən işlərdən, prokurorluq və məhkəmə sistemində ən müasir informasiya texnologiyalarından istifadə edildiyini, bu sahədə nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

Səfər çərçivəsində nümayəndə heyəti Tehranın "Evin" cəzaçəkmə müəssisəsində məhkumların saxlanma yeri və şəraiti, rejim qaydaları və penitensiar administrasiyanın fəaliyyəti ilə tanış olub.

İran mediasının məlumatına görə, görüşlərdə Kamran Əliyev istintaq altında olan qırxdan çox İrana qaçan Azərbaycan vətəndaşının geri qaytarılması məsələsini qaldırıb. Amma, rərmi xəbərlərdə bu məlumat öz əskisni tapmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG