Accessibility links

İran BAEA təhqiqatlarına son qoymasa, 2015-ci il nüvə sazişinə qayıtmayacağını deyir


İran BAEA təhqiqatlarına son qoymasa, 2015-ci il nüvə sazişinə qayıtmayacağını deyir
please wait

No media source currently available

0:00 0:03:03 0:00

İran BAEA təhqiqatlarına son qoymasa, 2015-ci il nüvə sazişinə qayıtmayacağını deyir

İran və dünyanın altı qüdrətindən vasitəçilər 2015-ci il nüvə sövdələşməni bərpa etmək üzərində razılıq əldə etməyə yaxındırlar, ancaq onların qarşısında bir əngəl var. Həmin razılıq altında ABŞ və Avropa Tehranın nüvə proqramına məhdudiyyətlər qoyması mübadilində İran sanksiyaları azaltmışdı.

Belə görünür ki, 2015-ci il nüvə razılığının canlanması bir əsas məsələyə bağlıdır: İranın keçmişdə izah olunmayan nüvə fəaliyyətinə. Birləşmiş Millətlər Təşkilatının nüvə müşahidəçisi Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranda üç adını açıqlamadığı obyektində 2004-cü ildən öncəyə aid uran qalıqları aşkarladığını və bununla əlaqədar “qoruma” araşdırması başlatdığını bildirir.

İran hər hansı yeni sövdələşməyə razılşmadan öncə Beynəlxalq Atom Enerjisi Agentliyinin təftişlərinin sonlandırılmalı olduğunu deyir.

“Zənnimcə onların bunu istəməməsinə səbəb odur ki, bu, onların artıq 20 ildən çoxdur heç vaxt nüvə silahları ilə bağlı tədqiqat aparmadıqlarına dair irəli sürdükləri iddianın yalan olduğunu üzə çıxara bilər,” Böyük Britaniyanın BAEA-dakı keçmiş nümayəndəsi Piter Cenkins bildirir.

BAEA-nın araşdırmaları nüvə razılığı üzərində aparılan siyasi danışıqlardan ayrı həyata keçirilir.

“İranlıarın hazırda etmək istədiyi ağıllıca texniki yolu həmin siyasi yolun daimi əsirinə çevrilməyə məcbur etmək və Birgə Fəaliyyət Planının canlanması ehtimalının yaratdığı güc və siyasi iradədən istifadə etdərək bunu ört-basdır etməkdir,” Demokratiyaların Müfadiə Fondundan Behnam Ben Taleblu deyir.

O zamankı ABŞ Prezidenti Donald Tramp nüvə razılığından 2018-ci ildə geri çəkilib, çünki o, razılığın İranın balistik raket proqramına və İranın regiondakı terrorçu qruplara dəstəyinə son qoymadığını söyləyirdi. Tehran isə bu iddiaları rədd edir.

Fransa Prezidenti Emmanuel Makron bu həftə deyib ki, hər hansı yeni razılıq bu narahatlıqları aradan qaldırmayacaq.

“Məncə bu razılıq, bu gün irəli sürülən şərtlərlə əldə olunsa, yararlıdır və heç bir razılığın olmamasından daha yaxşıdır. Biz həmçinin bu razılığın hər şeyi həll etmədiyinin fərqindəyik,” o deyib.

Tramp razılıqdan geri çəkiləndən sonra Tehran uranın zənginləşdirməsinin artırıb və deyilənə görə, nüsvə silahı üçün kifayət qədər material inkişaf etdirməyə əhəmiyyətli dərəcədə yaxındır.

“Məncə nüvə razılığını canlandırmaq olduqca mühümdür, çünki razılıqda nüvə materialının daimi qorunması üçün müddəalar var,” Cenkins deyir.

Ancaq Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) 2031-ci ildə başa çatır. Taleblu iddia edir ki, razılıqdakı mətni indiki formada bərpa etmək yanlışdır.

“Bir sözlə, daha çox pulla daha az vaxt qazanmış olurlar,” Demokratiyaların Müdafiəsi Fondundan Behnam Ben Taleblu deyir.

Vaşinqton bildirir ki, Birgə Hərtərəfli Fəaliyyət Planı bərpa olunsa, sövdələşmənin uzadılması ilə bağlı danışıqlar aparmaq üçün vaxt olacaq.

XS
SM
MD
LG