Accessibility links

Cozep Borrell: Avropa İttifaqı sülhsevər, təhlükəsiz və firavan Cənubi Qafqazı dəstəkləməkdə davam edir


European Union foreign policy chief Josep Borrell arrives for the EU-Western Balkans leaders' meeting in Brussels, June 23, 2022.
European Union foreign policy chief Josep Borrell arrives for the EU-Western Balkans leaders' meeting in Brussels, June 23, 2022.

"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən dördüncü görüşü alqışlayıram”.

Bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Twitter səhifəsində qeyd edib.

O qeyd edib ki, sülh müqaviləsi ilə bağlı irəliləyiş üçün işləməyə davam etmək, humanitar və əlaqələnmə sahələrində səyləri davam etdirmək vacibdir.

“Avropa İttifaqı sülhsevər, təhlükəsiz və firavan Cənubi Qafqazı dəstəkləməkdə davam edir", Cozep Borrell bildirib.

Avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın üçtərəfli formatda görüşü olub.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair mətbuata bəyanat verib.

Bəyanatda deyilir: “May ayında keçirilmiş son görüşümüzdə razılaşdığımız kimi, bu gün mən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşdüm.

Bu, bizim bu formatda dördüncü görüşümüz idi. Biz Cənubi Qafqazda son hadisələr və Avropa İttifaqı ilə hər iki ölkə arasındakı münasibətləri müzakirə etdik.

Bizim fikir mübadilələrimiz açıq və məhsuldar keçdi. Buna görə hər iki liderə təşəkkür edirəm. Biz gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik.

Bizim son görüşümüzdə əldə etdiyimiz razılaşmalar istiqamətində bəzi addımların atıldığını görmək sevindirici haldır."

XS
SM
MD
LG