Accessibility links

Nəsimi Məmmədli: Korrupsiya ilə mübarizənin səmərəliliyini artırmaq üçün hüquqi və siyasi baxımdan ciddi addımlar atılmalıdır


Nəsimi Məmmədli: Korrupsiya ilə mübarizənin səmərəliliyini artırmaq hüquqi və siyasi baxımdan ciddi addımlar atılmalıdır
please wait

No media source currently available

0:00 0:05:50 0:00

Nəsimi Məmmədli: Korrupsiya ilə mübarizənin səmərəliliyini artırmaq hüquqi və siyasi baxımdan ciddi addımlar atılmalıdır

Siyasi şəhçi Nəsimi Məmmədli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda korrupsiyanı doğuran səbəblərdən, o cümlədən korrupsiya ilə mübarizənin səmərəliliyi artırmaq üçün atılacaq addımlardan danışıb.

Amerikanın Səsi: Azərbaycanda vaxtaşırı müxtəlif dövlət qurumlarında korrupsiya hallarının aşkar olunduğu bəyan edilir, bəzi məmurlar həbsə salınır. Bu addımlar korrupsiyanı azaldırmı?

Nəsimi Məmmədli: Azərbaycanda belə bir praktika var. Xüsusilə orta məmur təbəqəsi arasında. Belə həbslər həyata keçirilir. Mütəmadi olaraq da ictimaiyyət məlumatlandırılır. Amma görünən də budur ki, bu həbslərdən sonra da eyni ilə korrupsiya davam etməkdədir. Rüşvət faktorları yenə də davam edir. Yəni bu məsələ korrupsiyanın tamamilə ortadan qaldırılmasını iddia etmək əlbəttə mümkün deyil. Müəyyən qədər təsir göstərə bilər. Bu da inzibati metodlardan biridir. Amma ümumilikdə əgər korrpupsiya ilə mübarizə aparmaqdan söhbət gedirsə, bu əlbəttə daha böyük fərqli bir siyasətin yürüdülməsini tələb edir.

Amerikanın Səsi: Ölkədə korrupsiyanı doğuran səbəblər nədir?

Nəsimi Məmmədli: Səbəblər çoxdur. Burada siyasi səbəblər var. Hüquqi səbəblər var. Bütövlükdə cəmiyyətdə, ictimai münasibətlərlə bağlı məsələlər var. Siyasi səbəblər budur ki, ölkədə demokratik seçkilər keçirilmir. Faktiki olaraq məmur təbəqəsinin formalaşması, dövlət strukturlarında insanların işə cəlb edilməsinin mexanizmi faktiki olaraq qeyri-müəyyəndir. Yəni onu hansı ki, xalq seçərək bu prosesi aparmalıdır. Təəssüf ki, bizdə bunu müşahidə etmirik. Eyni zamanda Azərbaycanda hüquq, qanunvericilik baxımından korrupsiya ilə mübarizədə sistemli bir proqram yoxdur. İctimai münasibətlərdə isə ölkədə ictimai nəzarəti həyata keçirə biləcək həm vətəndaş cəmiyyəti institutları, həm siyasi partiyalar bütövlükdə Milli Məclisin özü o da siyasi bir nəzarət həyata keçirən qurumdur. Bunların fəliyyətindəki boşluqlar korrupsiyanı doğurur.

Amerikanın Səsi: Korrupsiyanın önləyən amillərdən biri şəffaflıqdır. Bəs, Azərbaycanda dövlət qurumlarının, vəzifəli şəxslərin fəaliyyəti, gəlirləri və xərcləri nə dərəcədə ictimaiyyət üçün açıqdır?

Nəsimi Məmmədli: Bu məlumatlar açıq olmalıdır. Əlbəttə korrupsiyanı doğuran səbəblərdən biri bütövlükdə qanunun aliliyi problemidir. Digəri isə şəffaflıq və hesabatlılıqla bağlı məsələdir. Təəssüf ki, bu üç amil çox qabarıq şəkildə problem kimi mövcuddur. Məmurların gəlir deklarasiyası olmalıdır. Əmlakı, gəlirləri ilə bağlı mütəmadi mətbuat üçün də məlumat açıqlanmalıdır. Eyni zamanda dövlət qurumları özləri bu hesabatları almalıdır. Məsələn seçkilərdə iştirak edən hər bir şəxs özünün gəlirləri ilə bağlı məlumat verməlidir. Böyük əksəriyyət məlumatları gizlədir. Mən şəxsən monitorinq aparmışam bununla bağlı. Tenderlər, dövlət satınalmalarla bağlı qanunvericilik təkmilləşdirilməlidir.

Amerikanın Səsi: Korrupsiya ilə mübarizənin səmərəliliyini artırmaq üçün nələr etmək lazımdır?

Nəsimi Məmmədli: Burada hüquqi və siyasi baxımdan ciddi addımlar atılmalıdır. Siyasi baxımdan dediyim kimi, ölkədə demokratik seçkilərin keçirilməsi, faktiki olaraq çoxpartiyalı siyasi sistemin özünün ciddi inkişafını təmin etmək lazımdır. Vətəndaş cəmiyyətinin önünü açmaq lazımdır ki, ictimai nəzarət həyata keçirə bilsin. Məhkəmə müstəqilliyi təmin edilməlidir. Məhz məhkəmə müstəqilliyi yoxdursa, o zaman korrupsiyanın kökünü kəsməyə danışmağa dəyməz. Hüquqi baxımdan da, qanunvericiliklə qorunan çox nəhəng bir korrupsiya ilə mübarizə proqramı qəbul edilməlidir. Cəmiyyətin bütün təbəqələri tərəfindən ona nəzarət etmək imkanı yaradılmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG