Accessibility links

Kuryerlərin boykot çağırışı ilə bağlı aksiyasının iştirakçıları polis idarəsinə çağırılıblar


Kuryerlərin aksiyası
Kuryerlərin aksiyası

Sentyabrın 2-də kuryerlərin boykot çağırışı ilə bağlı aksiyanın təşkilatçısı Demokratiya 1918 təşkilatının idarə heyətinin üzvü Afiəddin Məmmədov və bir neçə kuryer Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Afiəddin Məmmədov Amerikanın Səsinə bildirib ki, orada onunla həmişəki kimi profilaktik söhbət aparıblar:

"Əvvəl Tərxan Əhmədov adlı şəxslə görüşdüm. Onunla danışığımız zamanı dəstək olacaqlarını bildirdi. Haqlı tələblərimizi - əsas 3 tələbi ona bildirdim. O da qeydiyyatını apardı və kömək edəcəyini dedi". Məmmədovun sözlərinə görə, onu daha sonra Rafiq adlı şəxs qəbul edib.

Afiəddin Məmmədov
Afiəddin Məmmədov

"O isə aksiya etməməyimizi və dövlətçiliyimizi düşünməyizi dedi. Etirazlarımızı sivil, onlayn şəkildə etməyimizi tövsiyə etdi. Mən isə zərurət olduqda Konstitusiyanın 49-cu maddəsinə əsasən Sərbəst Toplaşma hüququmuzdan istifadə edəcəyimizi, öz aksiyalarımızı keçirəcəyimizi dedim", deyə Məmmədov bildirib.

Daha sonra Afiəddin Məmmədov sərbəst buraxılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə deyib ki, onlar araşdırma məqsədi ilə polisə dəvət olunublar: “Şikayətləri araşdırılır”.

Sentyabrın 1-də kuryerlər daşınma haqqının endirilməsinə etiraz əlaməti olaraq “Wolt”un boykot edilməsinə çağırış etmişdilər. Onlar bildiriblər ki, “Wolt” şirkəti 2022-ci il avqustun 29-dan etibarən daşınma qiymətlərini endirib.

Məsələ ilə əlaqədar “Wolt” şirkəti ilə əlaqə saxlamaq mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG