Accessibility links

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verən şəxslər saxlanılıb


Avqustun 2-də sosial şəbəkələrdə Bakının Nizami rayonunda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi əks olunduğu video görüntülər yayılıb.

Video görüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi iddia olunan kadrlar əks olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, Bakının Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzinin psixoloq və baxıcısı saxlanılıb. Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bununla yanaşı, saxlanılan şəxslərin adı açqılanmır. Saxlanılan şəxslərin vəkilləri və yaxınları da hələ Daxili İşlər Nazirliyinin məlumatına münasibət bildirməyib.

Səhiyyə Nazirliyi bildirib ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır.

"Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aidiyyəti qurumların nümayəndələrindən ibarətdir."

Hadisə ilə bağlı Ombudsman Apapratı da araşdırma aparır.

XS
SM
MD
LG