Sentyabrın 5-də Azərbaycanda Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə “TurAz Qartalı - 2022” təlimləri başlayacaq.
Sentyabrın 3-də Türkiyə təyyarələri, pilotlar və texniki heyət Azərbaycana gəlib.
Azərbaycan Müdafiə Nazirliyinin təqdim etdiyi fotoda Türkiyənin azı iki “Herkules” hərbi-nəqliyyat təyyarəsi, üç F-16 qırıcısı və eyni sayda F-4 hücum təyyarələrinin Azərbaycana gətirildiyi əks olunub.
Nazirlik bildirir ki, taktiki təlimlər zamanı hər iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə fəaliyyətinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası yerinə yetiriləcək.
Azərbaycan tərəfdən nə qədər döyüş təyyarəsinin təlimlərə cəlb ediləcəyi açıqlanmır.