Accessibility links

Azərbaycanda havanın temperaturu 43 dərəcəyədək yüksəlib


Bakının mənzərəsi
Bakının mənzərəsi

Azərbaycan ərazisində sentyabrın 4-də havanın temperaturu 43 dərəcəyə çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu iqlim normasından 7 dərəcə yüksək olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36-40° isti, Naxçıvan MR-da 40°-dək, dağlıq rayonlarda 36-dək° isti, aran rayonlarında 40°-yə yaxın, Hacıqabulda 43°-dək isti olub.

Milli Hidrometeorologiya Xidməti bildirir ki, 28 gün davam edən isti və quraq hava şəraitindən sonra ölkə ərazisində havanın dəyişəcəyi gözlənilir.

Sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında şimal küləyi güclənəcək. Sentyabrın 6-dan 8-dək fasilələrlə yağış yağacaq.

Azərbaycanın rayonlarında proses sentyabrın 5-dən başlayacaq və sentyabrın 8-dək şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv yağışlar olacağı, dolu düşəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG