Accessibility links

Uşaqlara qarşı zorakılıq törədildiyi bildirilən reabilitasiya mərkəzinin direktoru saxlanılıb


Uşaqlara qarşı zorakılıq tətbiq edilməsi ilə bağlı video görüntüləri yayılan "Mehnur" loqopedik reabilitasiya mərkəzinin direktoru Nuranə Hacızadə saxlanılıb.

Sentyabrın 4-də İşgəncələrə Qarşı Azərbaycan Komitəsi məlumat yayıb ki, bu qurumun sədri Tural Hüseynov və müavini Elçin Şirinov Bakının Nizami Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində loqopedik reabilitasiya mərkəzinin direktoru Nuranə Hacızadəyə, mərkəzin psixoloqu Aytac Kazımlıya və mərkəzin direktor köməkçisi Səbinə Əliyarbəyliyə baş çəkib.

Avqustun 2-də sosial şəbəkələrdə Bakının Nizami rayonunda reabilitasiya mərkəzində uşaqlara qarşı zorakılıq tətbiq edildiyi əks olunan video görüntülər yayılıb.

Video görüntülərdə mərkəzin əməkdaşları tərəfindən uşaqlara qarşı psixoloji və fiziki zorakılıq tətbiq edildiyi kadrlar əks olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, Bakının Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzinin psixoloq və baxıcısı saxlanılıb. Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bununla yanaşı, rəsmi məlumatda saxlanılan şəxslərin adları açqılanmayıb.

Saxlanılan şəxslərin vəkilləri və yaxınları hələ Daxili İşlər Nazirliyinin məlumatına münasibət bildirməyib.

XS
SM
MD
LG