Accessibility links

Ukraynanın cənubunda döyüşlər davam etdiyi vaxt Zaporijya atom elektrik stansiyası ilə bağlı narahatlıqlar yüksək olaraq qalır


Zaporijya atom elektrik stansiyasının yerləşdiyi Enerhodar şəhərində Rusiya tərəfindən təyin edilmiş rəsmi sentyabrın 4-də Rusiya mətbuatına bildirib ki, mümkün ekoloji fəlakətlə bağlı qorxuların hələ də yüksək olaraq qalmasına baxmayaraq, ərazidə yeni atışmalar olmayıb.

Beynəlxalq nüvə agentliyinin baş direktoru Rafael Qrossi sentyabrın 3-də deyib ki, Rusiyanın nəzarətində olan Zaporijya stansiyasında beynəlxalq atom enerjisi agentliyinin ekspertləri stansiyanın dördüncü və sonuncu xarici ötürücü xəttinin sıradan çıxması barədə məlumat veriblər. Stansiya fövqəladə hallarda onu ehtiyat enerji ilə təmin etmək üçün istifadə edilə biləcək ehtiyat xətt vasitəsilə Ukraynanın elektrik şəbəkəsini elektrik enerjisi ilə təmin etməyə davam edib.

Rusiya Ukraynanı stansiyanı güc yolu ilə geri almağa çalışmaqda ittiham edir, Kyiv isə bu ittihamları rədd edir.

Ukrayna və Qərb Rusiyanı Ukraynanın böyük ehtimalla orada atəş etməyəcəyini bildiyi halda əraziyə ağır silahlar yerləşdirməkdə ittiham edir.

Moskva bu ittihamları rədd edir, lakin ekoloji fəlakətin qarşısını almaq üçün ərazinin demilitarizasiyası cəhdlərinə müqavimət göstərir.

Zaporijya stansiyası hərbi müdaxilənin ilk günlərindən Rusiyanın nəzarətində olsa da, hələ də ukraynalı mühəndislər tərəfindən idarə olunur.

Atom stansiyası müharibə zonasında yerləşdiyi üçün dünya liderləri onun zədələnə biləcəyindən və 1986-cı ildə Ukraynanın Çernobıl atom elektirik stansiyasında baş vermiş fəlakətə bənzər radiasiya fəlakətinə səbəb ola biləcəyindən ehtiyat edirlər.

Bu ayın əvvəlində Ukrayna ölkənin cənubunda və xüsusən də fevral ayında Rusiyanın Ukraynaya əsassız müdaxiləyə başlamasından qısa müddət sonra Moskvanın ələ keçirdiyi Xerson vilayətində əks-hücum əməliyyatına başlayıb.

Sentyabrın 4-də şəhər meri bildirib ki, Ukraynanın cənubundakı Mykolayiv liman şəhəri Rusiya tərəfindən gecə saatlarında atəşə tutulub.

Şəhər meri Oleksandr Senkeviç tibb müəssisəsinin və bəzi yaşayış binalarının zədələndiyini desə də, itkilər barədə məlumat verməyib.

Qara dəniz yaxınlığında Yujnı Buq çayı üzərində yerləşən liman şəhəri Mikolaev və onun ətrafındakı ərazilər son bir neçə həftə ərzində müntəzəm olaraq artilleriya atəşlərinə məruz qalıb.

Sentyabrın 3-də Mikolayev vilayətinin qubernatoru Vitali Kim bildirib ki, ərazidə raket hücumları nəticəsində bir uşaq ölüb, beş nəfər yaralanıb.

Sentyabrın 4-də Ukrayna sosial şəbəkələrində Xersonda Antonovski körpüsündə yeni partlayışlar barədə məlumat yayılıb.

Həmin xəbərləri təsdiqləmək mümkün olmayıb.

Rusiyanın Dnepr çayının sağ sahilində qüvvələrini təchiz etmək üçün asılı olduğu körpü son həftələr Ukrayna raketləri tərəfindən zədələnib. Rusiya hərbçiləri onu təmir etməyə və ya ərazidə ponton körpü quraşdırmağa cəhd ediblər.

Bu arada, bölgənin fövqəladə hallar xidmətinin xəbərdarlığına əsasən, Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkov şəhəri də gecə saatlarında atəşə tutulub. Qubernator Oleh Sinihubovun sözlərinə görə, bir nəfər ölüb, iki nəfər yaralanıb.

XS
SM
MD
LG