Accessibility links

Bakıda Beynəlxalq Müdafiə sərgisi açılıb


Bakıda 1-ci Azərbaycan Beynəlxalq “Müdafiə sənayesi” (ADEX-2014) sərgisi" keçirilir
Bakıda 1-ci Azərbaycan Beynəlxalq “Müdafiə sənayesi” (ADEX-2014) sərgisi" keçirilir

Sentyabrın 6-da Bakı Expo Mərkəzində 4-cü Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri açılıb. Sərgi Azərbaycan Müdafiə Sənayesi və Müdafiə nazirliklərinin dəstəyi ilə keçirilir.

Sərgidə 26 ölkəni təmsil edən 200-dən çox şirkətin məhsulu təqdim edilib.

Ziyarətçilər sərgidə ən yeni silah və hərbi texnika nümunələrini, o cümlədən hava və dəniz gəmilərini, hərbi maşınları, radioelektron sistemləri, optik-elektron avadanlıqları, PUA-ları, atıcı silahları, hərbi geyim və avadanlıqları, radiasiya, kimyəvi və bioloji müdafiə vasitələrini və s. görə bilərlər.

Sərgidə həmçinin Azərbaycan Hərbi-Sənaye Kompleksinin ən yeni silah və hərbi texnika nümunələri təqdim edilib.

Belarus, İran, İsrail, Qazaxıstan, Pakistan, Rusiya, Türkiyə, Bolqarıstan, İtaliya, Çin, Fransa, Niderland sərgidə öz milli stendləri ilə təmsil olunur. İordaniya ilk dəfə olaraq "ADEX"də iştirak edir.

Sərginin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

Prezident Əliyev deyib ki, Azərbaycan dünyanın 50-dən çox ölkəsinin qabaqcıl şirkətləri ilə əməkdaşlıq edir, bu da hərbi-texniki arsenalı təkmilləşdirməyə imkan verir.

"Hazırda Azərbaycan dünyanın 50-dən çox ölkəsinin qabaqcıl şirkətləri ilə aviasiya, naviqasiya, cihazqayırma sahələrində və digər istiqamətlərdə sıx əməkdaşlıq edir, ölkəmizin müdafiə sənayesi müəssisələrində istehsal olunan məhsulların həcmi ildən-ilə artır," o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan bundan sonra da ölkənin silahlı qüvvələrini və müdafiə qabiliyyətini möhkəmləndirməyə davam edəcək, müasir silah, hərbi texnika, döyüş sursatları, hərbi təchizatın və digər materialların istehsalına xüsusi diqqət yetirəcək.

XS
SM
MD
LG