Accessibility links

Azərbaycanlı yazıçı ukraynalı uşaqlara dəstək aksiyası keçirir


Kəramət Böyükçöl
Kəramət Böyükçöl

Yazıçı Kəramət Böyükçöl Rusiya-Ukrayna müharibəsi nəticəsində öz doğma məktəblərindən didərgin düşərək Azərbaycana pənah gətirmiş uşaqlara dəstək məqsədi ilə aksiya keçirir. Yazıçı Azərbaycan Milli Elmlər Akademiyasının binası qarşısında öz yazdığı əsərləri satır, toplanan vəsaitə ukraynalı uşaqlara məktəb ləvazimatları alır.

Kəramət Böyükçöl Amerikanın Səsinə müsahibəsində ukraynalı uşaqlara dəstək aksiyasının dünyanın qabaqcıl ölkələrindəki yazarlar tərəfindən dəstəklənəcəyinə və kampaniyasının dünyada trendə çevriləcəyinə ümid etdiyini deyib.

Azərbaycanlı yazıçı ukraynalı uşaqlara dəstək aksiyası keçirir
please wait

No media source currently available

0:00 0:04:57 0:00

“Ukraynalı uşaqların təhsilinə dəstək olmağı özümün mənəvi borcu hesab edirəm. Bu səbəbdən aksiyaya başladım. Öz kitablarımı satıb, toplanan pul ilə Ukraynadan Azərbaycana sığınmış uşaqlara məktəb ləvazimatları alıram,” o qeyd edib.

Yazışı hesab edir ki, aksiyası uşaqlara maddi və mənəvi köməkdir.

“Bununla biz mənən, ruhən, qəlbimizlə və vicdanımızla Ukrayna xalqının yanında olduğumuzu bildiririk.”

Yazıçı dünyanın sivil ölkələrinin yazarlarını ukraynalı uşaqlara dəstək askiyasına qoşulmağa çağırır.

“Mütərəqqi dünyanın tərkib hissəsi olmaq istəyən ölkələrin azad yazışılarının Ukraynadakı uşaqlara və müxtəlif ölkələrə sığınmış uşaqlara dəstək aksiyası keçirməsini istəyərdim. Bunun bir trendə çevrilməsini istəyərdim. Yazıçılar söz adamlarıdır, qələm adamlarıdır. Bunların hərbi gücü, böyük maddi gücü yoxdur. Bu, mənəvi bir dəstəkdir. Yazıçının kitablarından başqa bir şeyi yoxdur. Biz kitablarımızı satıb uşaqlara dəstək olmaqla ümumi bir birlik nümayiş etdirmiş olarıq,” o qeyd edib.

Kəramət Böyükçöl müharibə uşaqları mövzusunda bir əsər üzərində işlədiyini də deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG