Accessibility links

Türkiyə lideri Yunanıstana qarşı üstüörtülü təhdidini bir daha təkrarlayıb


Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan çərşənbə axşamı Yunanıstanın ehtimal edilən təhdidlərinə cavab olaraq, Türkiyənin “bir gecə birdən gələ biləcəyi” barədə xəbərdarlığını bir daha dilə gətirərək, Türkiyənin qonşusuna hücumunun istisna oluna bilməyəcəyini deyib.

Daha əvvəl də bu ifadəni işlətməsi və Türkiyənin NATO müttəfiqinə qarşı hərbi əməliyyat ehtimalı ilə bağlı sualı cavablandıran Ərdoğan bu ifadəni təkrarlayıb.

“Mənim dediklərim bir röya deyil. Əgər mən bir gecə birdən gələcəyik deyirəmsə, [demək] vaxtı gələndə birdən bir gecə gələ bilərik,” o, Bosniyanın paytaxtı Sarayevoda keçirdiyi mətbuat konfransında deyib.

Egey dənizində ərazi iddiaları və orada hava məkanı ilə bağlı fikir ayrılıqları da daxil olmaqla, Türkiyə və Yunanıstan arasında bir sıra məsələlərlə bağlı onilliklərdən bəri mübahisələr mövcuddur. Bu mübahisələr onları son yarım əsrdə üç dəfə müharibə həddinə çatdırıb.

Ankara bildirib ki, Yunanıstan Türkiyənin Egey dənizi sahillərinə yaxın adaları hərbiləşdirərək, beynəlxalq müqavilələri pozur. Ankara həmçinin Yunanıstanın Hərbi Hava Qüvvələrini NATO-nun Aralıq dənizinin şərqində keçirdiyi təlimlər zamanı Türkiyənin qırıcılarını təqib etməkdə ittiham edib.

Bosniyanın üç prezident nümayəndəsi ilə yanaşı oturan Ərdoğan “Bizə qarşı bəzi qeyri-qanuni təhdidlər var və bu qeyri-qanuni təhdidlər davam edərsə, səbrin sonu var”- deyə, əlavə edib.

“Vaxtı gələndə lazımi tədbirlər görüləcək, çünki radarları təyyarələrimizə yönəltmək yaxşı əlamət deyil. Yunanıstanın etdiyi bu cür hərəkətlər yaxşı əlamət deyil,” o deyib.

Ərdoğan daha əvvəl Türkiyə qüvvələrinin Suriya və İraqda kürd yaraqlılarına qarşı hərbi əməliyyatları ilə hədələyərkən də “bir gecə birdən gələ bilərik” demişdi. Türkiyə son illər həmin bölgələrdə militantlara qarşı bir neçə hərbi əməliyyat keçirib.

O, Yunanıstanla bağlı bu ifadəni ilk dəfə şənbə günü hava texnologiyaları festivalında işlədib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG