Accessibility links

BMT-nin nüvə agentliyi Ukraynada atom elektrik stansiyasında potensial fəlakət barədə xəbərdarlıq edib


BMT-nin nüvə agentliyi Ukraynada atom elektrik stansiyasında potensial fəlakət barədə xəbərdarlıq edib
please wait

No media source currently available

0:00 0:03:01 0:00

BMT-nin nüvə agentliyi Ukraynada atom elektrik stansiyasında potensial fəlakət barədə xəbərdarlıq edib

Rusiya Ukraynada Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporijya nüvə stansiyasında hərbi texnika yerləşdirdiyini inkar edib. BMT-nin nüvə enerjisinə nəzarət edən Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri bu həftə hesabat dərc edərək, nüvə stansiyasında potensial fəlakət barədə xəbərdarlıq ediblər. Agentlik aylarla davam edən atışmalar nəticəsində obyektin bəzi hissələrinə zərər dəyəndən sonra stansiyanın ətrafında təhlükəsiz zonanın yaradılmasına çağırır. Ukrayna nüvə agentliyinin hesabatının kifayət olmadığı bildirərək, BMT-dən Rusiyanın Zaporijya stansiyasını tərksilah etməyə məcbur edilməsini tələb edir.

İnna Holikova nüvə fəlakətinə hazırlaşır. O özü və 2 yaşlı oğlu Oleksandr üçün yaxınlıqdakı Zaporija nüvə stansiyasından radiasiya sızdığı halda buna qarşı dərman toplayır.

Zaporija şəhərinin sakini İnna Holikova: “Mən bura kalium yodid həbləri almaq üçün gəlmişəm, ona görə də bir fəlakət olarsa, onu qəbul edib həyatımızı xilas edə bilərik. Ümid edirəm ki, buna ehtiyacımız olmayacaq”.

BAEA müfəttişləri çərşənbə axşamı zavoda, o cümlədən yeni nüvə yanacağı və radioaktiv tullantıların yerləşdiyi binaya böyük zərər dəydiyini bildiriblər. Müfəttişlər səfər zamanı yaxınlıqdakı mərmilərdən sığınmağa məcbur olublar.

“Biz atəşlə oynayırıq və çox, çox fəlakətli bir şey baş verə bilər,” BAEA-nin baş direktoru Rafael Qrossi bildirib.

BMT-nin baş katibi obyektin ətrafında mühafizə zonası yaratmağa çağırıb.

“Bura Rusiya qüvvələrinin bütün hərbi personalı və texnikanı həmin perimetrdən çıxarmaq öhdəliyi və Ukrayna qüvvələrinin oraya keçməmək öhdəliyi daxildir,” Antonio Quterreş bildirib.

Beynəlxalq nüvə agentiyinin müfəttişləri ərazidə Rusiya hərbi personalı və texnikasının, o cümlədən iki turbin otağında yerləşdirilmiş hərbi yük maşınlarının olduğunu qeydə alıblar. Ukrayna bildirir ki, Rusiya məsuliyyəti qarşı tərəfin üzərinə atmaq məqsədilə hərəkətləri çərçivəsində ərazini atəşə tutur.

“Hesab edirəm ki, dünya təkcə layiq olmaqla yanaşı, həm də Rusiyanı stansiyanın ərazisini tərksilah etməyə və tam nəzarəti Ukraynaya qaytarmağa məcbur etmək üçün BAEA nümayəndələrinə ehtiyac duyur,” Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Rusiya çərşənbə günü orada hərbi texnikanın saxlandığını təkzib edib və hücumlarda Ukraynanı günahlandırıb.

“Biz öz-özümüzə atəş açırıq, elədir? Bu, tamamilə cəfəngiyatdır. Bunu başqa cür izah etmək mümkün deyil,” Rusiya prezidenti Vladimir Putin deyib.

Sahədəki altı nüvə reaktoru yaxşı qorunur, lakin bu, onların tam təhlükəsiz olduğu demək deyil.

Birmingem Universitetinin nüvə fizikası professoru Pol Norman: “Onların bir neçə metr qalınlığında çox qalın beton örtükləri var və bunun içərisində, hər binanın içində, bir fut qalınlığında poladdan təzyiqli konteynerin olduğu bir reaktor var.”

Obyektə gedən əsas elektrik xətləri zədələnib. Onun soyutma sistemləri hazırda zavodun generatorunun özündən gələn rezerv xətlə qidalanır. Dizel generatorları son çarə hesab edilir.

“Bu qədər dizel yanacağını cəbhə xətti boyunca stansiyaya daşımaq indi çox çətindir,” Ukrayna Nüvə Tənzimləmə Müfəttişliyinin nümayəndəsi Oleh Korikov deyib.

Gücün tamamilə itirilməsi reaktorun soyutma sistemlərini dayandırmağa məcbur edəcək.

Birmingem Universitetinin nüvə fizikası professoru Pol Norman: “Bu halda reaktorlarun yanacağı həddindən artıq qıza bilər və potensial olaraq `ərimə` tipli ssenari müşahidə edilə bilər.”

Ukrayna hökuməti stansiyanın bağlanıb-bağlanmaması imkanlarını araşdırdığını bildirir. Hazırda stansiyanın altı reaktorundan yalnız biri işləyir.

XS
SM
MD
LG