Accessibility links

Həkimlər Kraliça Elizabetin səhhəti ilə bağlı narahatdır


Britaniya Kraliçası Elizabet yeni baş nazir olacaq Liz Trassı qəbul etməyə hazırlaşarkən. (6 sentyabr, 2022)
Britaniya Kraliçası Elizabet yeni baş nazir olacaq Liz Trassı qəbul etməyə hazırlaşarkən. (6 sentyabr, 2022)

Bukinqem Sarayının sentyabrın 8-də verdiyi məlumata görə, həkimlər 96 yaşlı Britaniya Kraliçası Elizabetin səhhəti ilə bağlı narahatdırlar və ona həkim nəzarətində qalmağı tövsiyə ediblər.

"Kraliça Elizabet Balmoralda rahat vəziyyətdədir" - deyə, Sarayın bəyanatında bildirilir.

Saraydan olan mənbə yaxın qohumların dərhal məlumatlandırıldığını bildirib və monarxın süqutu ilə bağlı spekulyasiyaları inkar edib.

Çərşənbə günü Kraliça nazirlərlə planlaşdırılan virtual görüşü həkimlərin məsləhətindən sonra təxirə salmaq məcburiyyətində qalıb.

Öncəki gün Kraliçanın Şotlandiyadakı evi olan Balmoral Qəsrində Liz Trassı ölkənin yeni baş naziri vəzifəsinə təyin etməsi anının fotosu paylaşılıb.

Trass bildirib ki, bütün ölkə xəbərlərlə bağlı dərin narahatlıq keçirir: "Mənim fikrim və Birləşmiş Krallığın hər tərəfindəki insanların fikirləri indi Kraliça və onun ailəsinin yanındadır".

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG