Accessibility links

Sincanda düşərgə həyatı yaşayan bir uyğur qadının hekayəsi


Sincanda düşərgə həyatı yaşayan bir uyğur qadının hekayəsi 
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Sincanda düşərgə həyatı yaşayan bir uyğur qadının hekayəsi 

İnsan hüquqları qrupları Çini Sincan regionunda bir milyondan iki milyona qədər müsəlman azlığı təmsil edən uyğuru həbs etməkdə günahlandırır. Beynəlxalq hüquq müdafiə təşkilatları bu hərəkətləri insanlığa qarşı cinayət adlandırırlar. Həbsxana həyatı yaşayan bir uyğur qadın öz hekayəsini Amerikanın Səsi ilə bölüşüb.

Gülbahar Haytivaci təxminən üç il Çində “təhsil düşərgəsi” adlandıran saxlanma mərkəzində olub.

“Məni çarpayıya zəncirlədilər. 10 gün ərzində mən defekasiya edə bilmədim və ilk dəfə bunu edəndə it kimi bağlı idim və bunu hamının gözü qarşısında etməli oldum. Mən bütün o müddəti ağlayırdım,” Çində düşərgədə saxlanılan keçmiş məhbus Gülbahar Haytivaci deyib.

Haytivaci yaşadıqları haqda bir neçə dilə tərcümə edilmiş xatirələrini yazıb.

O öz ana dilində danışır. İngilis dilində olan səs ona tərcümə edən qızı Qulihumar Haytivaciyə məxsusdur.

Əslən Sincandan olan Gülbahar Haytivaci 2006-cı ildə qızları ilə birlikdə Fransaya köçməzdən əvvəl Çində mühəndis kimi çalışıb.

“2016-cı ilin noyabr ayının sonunda Sincanda Karamayda şirkətimdən mənə zəng gəldi. Məndən gözlənilən təqaüd prosesi üçün geri qayıtmağımı istədilər. Mən heç vaxt heç nədən şübhələnməmişəm, çünki Fransada Çinə qarşı heç vaxt səhv bir iş görməmişəm,” Gülbahar Haytivaci deyib.

O, telefon zənginin bir tələ olduğunu və Çin polisinin onun ailəsini terrorçu olmaqda ittiham etdiyini deyir.

Gülbahar Haytivaci: “Hər dəfə dindirilmək üçün gedəndə başımıza qara çanta taxırdılar. Biləklərimiz daim zəncirlənirdi. Mən 20 gün bağlı qaldım”.

Dörd ay həbsdə qaldıqdan sonra Haytivaci məktəbə köçürüləcəyi barədə bildiriş alıb.

“Hər cümə günü test günü idi. Bizə deyirdilər ki, biz hər şeydə uğur qazanmalıyıq, çünki əks halda həmişəlik orada qalacağıq”, Gülbahar Haytivaci bildirib.

Çin dövlət xəbər agentliyi olan Sinxua vasitəsilə məktəbləri peşə təhsili və təlim mərkəzləri kimi təsvir edib. Sinxua mərkəzlərin radikalizmə qarşı mübarizə məqsədi daşıdığını və hamının 2019-cu ilin oktyabrına qədər məzun olduğunu bildirib.

“Çin, şübhəsiz ki, yalan danışır, çünki onlar hələ də yeni düşərgələr açır,” Çində düşərgədə saxlanılan keçmiş məhbus Gülbahar Haytivaci deyib.

Tədqiqatçılar və insan hüquqları qrupları Pekini Sincanda bir milyondan iki milyona qədər uyğuru və digər müsəlman azlıqları həbs etməkdə ittiham edirlər. 2020-ci ildə Avstraliya Strateji Siyasət İnstitutu Sincanda saxlanma müəssisəsi olduğundan şübhələnilən 380-dən çox yer müəyyən edib.

Çin avqust ayında bunların yalan olduğunu bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin: “Onlar Sincanın rifahı və sabitliyini pozmaq və Çinin inkişafı və dirçəlişini dayandırmaq üçün insan haqlarından bəhanə kimi istifadə edirlər.”

Gülbahar Haytivaci deyir ki, ailəsinin və Fransa hökumətinin köməyi ilə o, 2019-cu ilin avqustunda azad edilib və Parisə qayıdıb.

Çində düşərgədə saxlanılan keçmiş məhbus Gülbahar Haytivaci: “Çində insanlar düşərgələr haqqında danışa bilməzlər, çünki bunu etsələr, düşərgəyə qayıdacaqlar.”

Sincanın mətbuat ofisi Haytivaciyə işgəncə verildiyini təkzib edib. O, memuarı dərc olunandan bəri Sincandakı ailəsi ilə əlaqə saxlamayıb.

XS
SM
MD
LG