Accessibility links

Mişel Obama: Ağ Evdə prezidentlərin portretləri Amerikanın hekayəsini əks etdirir


Mişel Obama: Ağ Evdə prezidentlərin portretləri Amerikanın hekayəsini əks etdirir
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Prezident Co Bayden və birinci xanım Cil Bayden keçmiş prezident Barak Obama və keçmiş birinci xanım Mişel Obamanı onların rəsmi portretlərini təqdim etmək üçün Ağ Evdə qəbul ediblər. Mişel Obama deyib ki, Ağ Evdə prezidentlərin portretləri Amerikanin hekayəsini təcəssüm etdirir. Ağ Evin kolleksiyasina ölkənin ilk prezidenti Corc Vaşinqtondan başlayaraq, o vaxtdan bəri hər bir prezidentin portreti daxildir.

Ağ Evdə Barak və Mişel Obamanın rəsmi portretlərinin açılış mərasimində prezident Co Bayden keçmiş prezidenti ölkə tarixində “ən nüfuzlu prezidentlərindən biri” adlandırıb.

“Ən nüfuzlu birinci xanımlardan biri ilə birlikdə. Mişel, o da bilir. Hamımız bilirik. O sənsiz bunu edə bilməzdi,” prezident Co Bayden deyib.

Obama eyni şəkildə cavab verərək, Baydenin prezident olduğu üçün “Amerikanın bəxti gətirdiyini” deyib və ona ona “ləyaqəti” və “gücünə” görə təşəkkür edib.

ABŞ-ın keçmiş prezidenti Barak Obama: “Bəlkə də ən çox sizin demokratiyamıza və Amerika xalqına inamınıza görə ölkəmiz sizin vəzifəyə gəldiyiniz vaxtdan daha yaxşı ölkədir. Biz buna görə hamımız dərin minnətdar olmalıyıq. Buna görə də çox sağ olun”.

Mişel Obama Çikaqoda fəhlə sinfi məhəlləsində qaradərili qızın ölkənin birinci xanımı olması haqda hekayəsini vurğulayan təsirli nitq söylədi. O dedi ki, bu gün nə onun özü, nə onun həyat yoldaşı, nə də portretlərlə bağlıdır, söhbət Amerika dəyərlərindən gedir.

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama: “Bu ölkə bu deməkdir. Söhbət qandan, nəsildən, sərvətdən getmir. Bu, hər kəsin ədalətli şansa malik olduğu bir yerdir. İstər məktəbə getmək üçün iki avtobusa və qatara minən uşaq, istər süfrəyə yemək qoymaq üçün iki işdə çalışan tək ana olsun, istərsə də yeni gələn, ilk mənzilini alan və özünə xəyal etdiyi yerdə gələcək quran immiqrant olsun”.

Mişel Obamanın portreti Şeron Sprunq tərəfindən çəkilib. Obamanın portreti isə Dalay Lama və Nelson Mandelanın portretləri kimi rəsmləri ilə tanınan Robert Makkördinin əsəridir.

ABŞ-ın keçmiş prezidenti Barak Obama: “Görürsünüz ki, o, mənim ağarmış saçlarımı gizlətməkdən imtina edib, qulaqlarımı kiçiltmək istəyimi rədd edib.”

Vəzifədə olan prezident adətən sələfinin portretinin təqdimatı mərasiminə ev sahibliyi edir.

Lakin bu ənənə Barak Obamanın ABŞ-da doğulmadığı və prezidentlik hüququna malik olmadığı barədə nəzəriyyəni irəli sürən prezident Donald Trampın dövründə pozulub.

Ağ Evdə ilk prezident Corc Vaşinqtondan başlayaraq prezidentlərin portretləri var. 1965-ci ildən portretlər Ağ Evin Tarix Assosiasiyası tərəfindən maliyyələşdirilir.

“Biz indi bu portretlərin tam kolleksiyasını yaratmışıq ki, o, tam əhatə olunub,” Ağ Evin Tarix Assosiasiyasının nümayəndəsi Stüart Maklaurin bildirib.

Lakin 2020-ci il seçkilərində məğlub olduğunu qəbul etmədən vəzifədən gedən keçmiş prezident Trampın portreti yoxdur.

Ağ Ev Baydenin Trampın portretinin təqdimatı mərasiminə ev sahibliyi edib-etməyəcəyi barədə bir söz deməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG