Accessibility links

Ned Prays: Məhbusların təhvil verilməsi Ermənistan və Azərbaycan sülh prosesi üçün müsbət haldır


Dövlət Departamentinin sözçüsü Ned Prays 
Dövlət Departamentinin sözçüsü Ned Prays 

ABŞ Azərbaycanın erməni hərbçiləri qarşı tərəfə təhvil verməsini alqışlayır.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Twitter səhifəsində bildirib.

“Biz erməni məhbusların evlərinə qayıtması ilə bağlı xəbərləri alqışlayırıq. Bu, Ermənistan və Azərbaycan sülh prosesi üçün müsbət haldır. Ümid edirik ki, qalan bütün məhbuslar tezliklə vətənə qayıdacaqlar və Azərbaycan və Ermənistan etimad yaratmaq və mövcud fikir ayrılıqlarını həll etmək üçün addımlar atmağa davam edəcəklər,” o qeyd edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, Azərbaycan sentyabrın 8-də 5 nəfər Ermənistan hərbçisini azad edib və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG