Accessibility links

Jurnalist Əvəz Zeynallının saxlanıldığı deyilir


Əvəz Zeynallı
Əvəz Zeynallı

Xural internet televiziyasının rəhbəri Əvəz Zeynallının saxlanıldığı bildirilir.

Bu barədə Amerikanın Səsinə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib.

Onun sözlərinə görə, onun ofisində də axtarış aparılır.

Bundan əlavə hüquq müdafiəçisi vəkil Elçin Sadıqovun evdində və ofisində axtarış aparıldığını da bildirib.

Elçin Sadıqovun həyat yoldaşı, vəkil Zibeydə Sadıqova da Amerikanın Səsinə prokurorluğun onların evlərində də axtarış aparılacağını təsdiq edib.

Jurnalist Əvəz Zeynallının hansı qismdə saxlanılması barədə rəsmi məlumat verilmir.

Xatırlatma

Azərbaycanın yerli mediası Əvəz Zeynallının bir şəxslə telefon danışığının audio yazısını yayımlayıb. Həmin audio yazıda iddia olunur ki, jurnalist hazırda həbsdə olan “Baku Steel Company”-nin sabiq rəhbəri Rasim Məmmədovun ailəsindən onun müdafiəsi üçün 20 min manat alıb. Rasim Məmmədovun vəkili Elçin Sadıqov da bu iddianı Rasim Məmmədovun ailəsinə istinadən təkzib edib.

Daha sonra Amerikanın Səsi olaraq Zeynallının özü ilə əlaqə saxlamaq mümkün olmayıb. Lakin o, özünün “Xural TV” Youtube kanalında bu ittihamaları rədd edərək, onları sifariş” adlandırıb.

Bununla bağlı Rasim Məmmədovun ailəsindən də şərh almaq mümkün olmayıb.

Respublika Baş prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı cinayət işi başlanılıb.

Hazırda istintaq hərəkətləri həyata keçirilir. “Əlavə məlumat veriləcəkdir” deyə məlumatda qeyd edilib.

Öz növbəsində hələlik Əvəz Zeynallının yaxınlarından şərh almaq mümkün olmayıb.

“Xural” qəzetinin baş redaktoru olan Əvəz Zeynallı 2011-ci ilin sonlarında Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında həbsdə olub.

2013-cü ildə 9 il azadlıqdan məhrum edilib. Hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunan baş redaktor 2014-cü ilin dekabrında prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG