Accessibility links

Pakistanda daşqınlardan sağ çıxanlara yardımlar gücləndirilir


Ümumdünya Ərzaq Proqramı Pakistanda son yüzillikdən çox vaxt ərzində baş verən ən ağır daşqınlardan zərər çəkən 1,9 milyon insana təcili yardımların artırıldığını bildirib.

Ümumdünya Ərzaq Proqramının sözçüsü Tomson Phiri bildirib ki, təcili ərzaq yardımı artıq ən çox zərər çəkən Bəlucistan, Xayber Paxtunxva və Sind əyalətlərində 400 mindən çox insana paylanıb.

Onun sözlərinə görə, ÜƏP bütün ölkə üzrə fəaliyyətini genişləndirməkdə davam edir.

Birləşmiş Millətlər Təşkilatı bildirib ki, leysan yağışları ölkənin üçdə birini su altında qoyub, yüzlərlə uşaq da daxil olmaqla, 1400-ə yaxın adam ölüb. Yarım milyondan çox ev dağıdılıb yüzlərlə körpü və yol sökülüb və ya yuyulub aparılıb, həssas icmalar humanitar yardımdan məhrum qalıb.

Phiri 630 000-dən çox insanın yoluxucu xəstəliklərin yayıldığı həddən artıq izdihamlı yardım düşərgələrində olduğunu deyib.

“Ərzaq paylanması ilə yanaşı, Ümumdünya Ərzaq Proqramı 31 000 azyaşlı uşaq və 28 000 hamilə və əmizdirən qadını normal qidalanması və onların immun sisteminin gücləndirilməsi üçün ərzaqla təmin edir” - deyə, o əlavə edib.

Phiri Pakistanın insanların dolanışığını bərpa etmək üçün daha uzunmüddətli dəstəyə ehtiyac olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG