Accessibility links

Böyük Britaniyanın Müdafiə Nazirliyi: "Ukrayna əhəmiyyətli irəliləyiş əldə edib"


Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukrayna qüvvələrinin Xarkiv bölgəsində əhəmiyyətli nailiyyətlər əldə etməkdə davam etdiyini bildirib.

Nazirliyin Twitter-də dərc olunan kəşfiyyat hesabatında deyilir ki, "Rusiya çox güman ki, bölmələrini ərazidən çıxarıb, lakin strateji əhəmiyyətli Kupyansk və İzium şəhərləri ətrafında döyüşlər davam edir".

Ukrayna qüvvələri şənbə günü İziumun nəzarətini ələ keçirdiklərini və rus əsgərlərini Oskil çayından keçirdiklərini bildiriblər.

Rusiya Müdafiə Nazirliyi qüvvələrini İziumdan çıxardığını təsdiqləyərək, bunun əvvəlcədən planlaşdırıldığını iddia edib.

Qərb hərbi analitikləri bildirib ki, irəliləyişlər təsdiq olunsa, bu, Moskvanın Ukraynanın şərqində minlərlə əsgəri təchiz etmək üçün istifadə etdiyi əsas dəmir yolunun nəzarətini ukraynalılara vermiş olacaq.

Rusiyayönlü separatçı liderə istinadən xəbər verilir ki, Donetsk bölgəsində də Rusiya və Ukrayna qüvvələri arasında şiddətli döyüşlər gedir.

Hərbi analitiklər bildirirlər ki, Rusiyanın Donetskin Ukraynanın nəzarətində olan hissələrinə yeni hücumlar təşkil etməyi planlaşdırdığı əraziyə əlavə qüvvələr göndərdiyi güman edilir.

Bu arada Moskva Ukraynanın şərqindəki Xarkiv vilayətində qüvvələrini yenidən qruplaşdırdığını açıqlayıb.

"Donbasın azad edilməsi üzrə xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmaq üçün Donetsk cəbhəsi boyunca səyləri gücləndirmək üçün Balakliya və İzium bölgələrində yerləşdirilən rus qoşunlarının yenidən qruplaşdırılması qərara alınıb" - deyə, Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Dövlət xəbər agentliyi Tass-ın məlumatına görə, rus əsgərlərinin yenidən qruplaşdırılması Xarkiv vilayətinin bəzi bölgələrində yaşayan sakinlərə Rusiyaya təxliyə edilmələri tövsiyə edildiyi vaxta təsadüf edir.

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, bu ayın əvvəlində Rusiyaya qarşı əks-hücum başlayandan bəri ölkənin silahlı qüvvələri təxminən 2 min kvadrat kilometr ərazini azad edi

Britaniyanın müdafiə nazirliyi bazar günü öz kəşfiyyat hesabatında bildirib ki, "Rusiya ərzaq təhlükəsizliyi məsələlərində günahı üzərindən atmaq, Ukraynanı nüfuzdan salmaq və onun işğalına qarşı müqaviməti minimuma endirmək məqsədi ilə düşünülmüş dezinformasiya strategiyası həyata keçirir".

Nazirlik bildirib ki, Rusiya prezidenti Vladimir Putinin sentyabrın 7-də Ukraynadan avqust ayından bu yana ixrac edilən cəmi 60 min ton taxılın inkişaf etməkdə olan ölkələrə göndərilməsi, əksəriyyətinin isə Aİ ölkələrinə çatdırılması barədə iddiası yalandır.

Nazirlik "BMT-nin rəqəmlərinə görə, təxminən 30% Afrika, Yaxın Şərq və Asiyanın aşağı və orta gəlirli ölkələrinə tədarük edilib" bildirib.

XS
SM
MD
LG