Accessibility links

Azərbaycan Şəhid Mədəni Universitetində türk dili və ədəbiyyatı kurslarının keçirilməsinə maneçilik törədilir


Təbrizin Azərbaycan Şəhid Mədəni Universitetinin rəhbərliyi müxtəlif bəhanələrdən dolayı Azərbaycan türk dili və ədəbiyyatı kursunun tədrisindən imtina edir. İllər öncədən Azərbayca türk dili və ədəbiyyatı dərsinin tədrisinin təsdiqlənməsinə baxmayraq, universitet rəsmilərinin kursların təşkilinə maneçilik törətməsi tələbələrin tənqidinə səbəb olub.

Azərbaycan Şəhid Mədəni Universitetinin tələbələrindən biri Amerikanın Səsinə bildirib ki, 2018-ci ildə 2 kreditli seçimli Türk Dili və Ədəbiyatı kursunun açılması ilə bağlı razılıq əldə olunmasına baxmayaraq, universitet rəsmiləri müxtəlif bəhanələrlə universitetin kurs seçimi saytında dərc edilməsinə mane olurlar.

Tələbənin sözlərinə görə, universitet tələbələri 2017-ci ilin noyabrında universitet rektoruna məktub ünvanlayaraq fakultativ türk dili və ədəbiyyatı kursunun açılmasını istəyiblər, lakin universitet rektoru və rəsmiləri tələbələrin istəyinə məhəl qoymadığı üçün tələbələr bu dəfə universitetdə Ədəbiyyat fakültəsinin zalında etiraz aksiyası keçirib.

Tələbələrin etirazından sonra universitet rəsmiləri bu fakültativ dərsin tədrisinə razılıq verib. Tələbələrin dediyinə görə, həmin dərslərin keçirilməsinə razılıq verildikdən sonra dərs tələbələr tərəfindən seçilməsi üçün universitet saytında təqdim edilmir, ya da tələbələrin çoxu akademik semestr kurslarını seçməsi üçün verilən möhlətin bitməsinə saatlar qala onu saytda dərc edirlər.

Şəhriyar Mədəniyyət Ocağının İnstaqram səhifəsi universitetin kurs seçim cədvəlinin şəklini dərc edib ki, orada həmin dərsin seçim üçün dərc edilmədiyi müşahidə olunur.

Şəhriyar Mədəniyyət Ocağının səhifəsində dərc olunan məlumata görə, bu kursların başlanması üçün ən azı 15 tələbə bu dərsi seçməlidir. Universitet rəsmiləri dərsi saytda təqdim etməməklə və ya gec təqdim etməklə bu kursun sinfinin təşkilinə mane olub.

Koronavirus pandemiyası zamanı dərslər onlayn keçirildiyi zaman rəsmilər naməlum səbəblərdən bu kursu təklif etməkdən imtina ediblər. Hazırda təhsil ilinin başlanması və dərslərin universitetdə keçirilməsi planlandığı üçün tələbələr türk dili və ədəbiyyatı dərsinin seçilməsi üçün saytda yerləşdirilməsini tələb edirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG