Accessibility links

Bakıda MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçiriləcək


Kərim Vəliyev və Yuri Daşkin (Foto Müdafiə Nazirliyinindir)
Kərim Vəliyev və Yuri Daşkin (Foto Müdafiə Nazirliyinindir)

Bu ilin oktyabrında Bakıda MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, sentyabrın 12-də Müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi Kərim Vəliyev Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının katibi Yuri Daşkin ilə görüşüb.

"Görüşdə cari ilin oktyabrında Bakıda keçirilməsi planlaşdırılan MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası ilə bağlı təşkilati məsələlər müzakirə olunub. Tərəflər iclasın keçiriləcəyi yerə baxış keçirməyi qərara alıb və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar" . xəbərdə qeyd edilir.

XS
SM
MD
LG