Accessibility links

Elçin Sadıqov və Əvəz Zeynallının hüquqlarının müdafiəsi komitəsi yaradılıb


Elçin Sadıqov və Əvəz Zeynallının hüquqlarının müdafiəsi komitəsi yaradılıb
please wait

No media source currently available

0:00 0:03:58 0:00

Binəqədi rayon Məhkəməsinin sentyabrın 11-də barəsində 4 aylıq həbs qətimkan tədbiri seçdiyi vəkil Elçin Sadıqov və "Xural TV" internet televiziyasının rəhbəri Əvəz Zeynallının hüquqlarının müdafiəsi komitəsi yaradılıb.

Bununla bağlı sentyabrın 12-də "Müsavat" Partiyasının qərargahında keçirilən mətbuat konfransında məlumat verilib.

Brifinq hüquq müdafiəçisi Rüfət Səfərov, Zəfər Əhmədov, ictimai fəal Bəxtiyar Hacıyev, ictimai fəal İlkin Rüstəmzadə, yazıçı Kəramət Böyükçöl və digərlərinin təşkilatçılığı ilə baş tutub.

Hüquq müdafiəçisi Rüfət Səfərov çıxışı zamanı hakimiyyət nümayəndələrinin hüquq-müdafiə mərkəzlərinin çağırışlarına diqqət etmədiyini deyib. O qeyd edib ki, bu mərhələdə Azərbaycan konstitusiyasının, eyni zamanda Azərbaycanın qatıldığı beynəlxalq sənədlərinin tanıdığı bütün hüquqlardan istifadə edəcəklər:

"Yeni bir repressiya səhifəsi açılıb. Burada iki sahənin mühüm simaları var. Hazırkı təqib təkcə onların şəxslərinə qarşı yox, fundamental insan haqlarına, söz və fikir, mətbuat və s azadlıqlara qarşı hakimiyyət tərəfindən hücumdur. Bizim müdafiə komitəsinin üzvləri olaraq düşüncəmiz bundan ibarətdir ki, daxili auditoriya, xüsusilə də sivil toplum təmsilçiləri, azad media, ümumiyyətlə Azərbaycanda öz qaynağını xalqdan götürən idarəçilik üçün çalışan bütün kəsimlər səylərini birləşdirməlidir".

Komitə üzvlərindən başqa konfransda siyasi partiya sədrləri, vəkillər, hüquq müdafiəçiləri və s bu kimi şəxslər də çıxış ediblər.

Müsavat partiyasının başqanı Arif Hacılı öz çıxışında vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallının şənbə günü baş tutan həbsinin siyasi sifariş olduğunu vurğulayıb:

"Elçin Sadıqov vəkillik fəaliyyətinə görə həbs olunub. O, uzun müddət siyasi məhbusları müdafiə edən, Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan hökumətinə qalib gələn bir vəkildir"

Müdafiə Komitəsində hüquq müdafiəçiləri, jurnalistlər, müxalif partiyaların fəalları və ictimaiyyət nümayəndələri təmsil olunur. Tədbirdə 2 bəyanat səsləndirilib. Onlardan biri ümumi tədbir iştirakçıları tərəfindən, digəri isə Müdafiə komitəsi adından qəbul edilib.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Əvəz Zeynallı və Elçin Sadıqovun hüquqlarını müdafiəsi ilə bağlı toplantı iştirakçılarının bəyanatını səsləndirib:

"Azərbaycanın siyasi, hüquq – mühafizə, məhkəmə orqanları rəhbərliyinə, milli və beynəlxalq hüquq müdafiə təşkilatlarına müraciət edərək məsələyə qanuni müdaxilə etməyə, Əvəz Zeynallı və Elçin Sadıqovun dərhal həbsdən azad olunması üçün effektiv addımlar atmağa çağırırıq. Hesab edirik ki, bu təqibin təşkilatçıları və icraçıları aşkar olunub məsuliyyətə cəlb olunmalıdırlar".

İctimai fəal Bəxtiyar Hacıyev isə Müdafiə Komitəsinin bəyanatını səsləndirib:

"Biz Azərbaycan hakimiyyətini siyasi motivlərlə ayrı-ayrı şəxslərin həbs edilməsi praktikasını dayandırmağa, tanınmış jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov başda olmaqla siyasi motivlərlə həbs olunmuş şəxslərə qarşı cinayət təqiblərini dayandırmağa və o çarə azad etməyə çağırış edirik.

Ağ Partiya, Klassik Xalq Cəbhəsi Partiyası mətbuat konfransında səsləndirilən bəyanata qoşulduqlarını bildiriblər.

Azərbaycan Respublikası Baş prokurorluğu jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun həbsi ilə bağlı rəsmi açıqlama yayıb.

Məlumatda deyilir ki, aparılmış araşdırma zamanı vəzifəli şəxsin külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG