Accessibility links

JMK: Azərbaycan hakimiyyəti jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovu azad etməlidir


“Azərbaycan hakimiyyəti jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovu azad etməli və onlara qarşı irəli sürülən ittihamları ləğv etməlidir.”

Bu barədə Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında deyilir.

“Əvvəllər jurnalist fəaliyyətinə görə məhkum olunmuş, hakimiyyəti tənqid edən jurnalist Əvəz Zeynallı və jurnalistləri dövlət repressiyalarından müdafiə edən vəkil Elçin Sadıqova qarşı rüşvət ittihamı iqtidaryönlü medianın iddiaları üzərində qurulub,” CPJ-nin Avropa və Mərkəzi Asiya proqram koordinatoru Gülnoza Said bildirib.

Sentyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsi jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçib.

Rəsmi məlumata görə, toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz 311.3.3-cü və Sadıqov Elçin Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə hüquqi əhəmiyyət kəsb edən bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG